“Əsirlikdəki əsgərimizin 3-cü ölkəyə getməsi ilə bağlı müraciət olunmayıb”
“Ermənistanda əsirlikdə olan Azərbaycan Ordusunun əsgəri Rafiq Həsənovun azad olunması ilə bağlı danışıqlar prosedur qaydasında davam edir.
Bu işdə gərginlik ondan ibarətdir ki, Azərbaycan mətbuatında Rafiq Həsənov barəsində yazılanların çoxu həqiqətəuyğun deyil. Bu isə onun azad olunması ilə bağlı prosesə ziyan vurur”.
APA-nın məlumatına görə, bu sözləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov deyib.
F. Sadıqovun sözlərinə görə, R. Həsənovun üçüncü ölkəyə getməsi ilə bağlı müraciət olunmayıb, mətbuatda bununla bağlı yayılan məlumatlar yanlışdır: “Azərbaycan mətbuatında özlərini vətənpərvər kimi qələmə verən jurnalistlər Rafiq Həsənovla bağlı cinayət işinin qaldırılması haqqında məlumatlar yazırlar. Bu məlumatların da hamısı ona çatdırılır. Həmin jurnalistlərdən soruşmaq lazımdır ki, bu cinayət işini görmüsünüz və ya kimdənsə məlumat almısınız? Biz onun azad olunmağına çalışırıq. Amma mətbuatda məntiqə, insanlığa zidd yazılar verilir. Bütün bunların Rafiq Həsənovun azad olunmasına çox ciddi ziyanı var”.
Vaxtilə Ermənistanda əsirlikdə olan Samir Məmmədov haqqında da belə yazıların yazıldığını xatırladan F. Sadıqov deyib ki, mətbuat yenə də eyni səhvi təkrarlayır.

Oxşar yazılar

Hər BÜRC üçün iyun ayının uğurlu tarixləri
2 iyun 2025 , 00:02
Gecə heç bir halda yeyilməməli olan 5 MEYVƏ
1 iyun 2025 , 18:42
İyun ayında fəlakətli uğursuzluqlarla üzləşəcək BÜRCLƏR
1 iyun 2025 , 18:29
Bu ərazilərdə külək "adam aparacaq" - SİYAHI
1 iyun 2025 , 18:03
XƏBƏRDARLIQ - Leysan yağacaq, dolu düşəcək
1 iyun 2025 , 17:53
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
1 iyun 2025 , 16:41
Bu gün keçirilən imtahanın düzgün cavabları
1 iyun 2025 , 15:59