Binə Ticarət Mərkəzində təşviş
Yarmarka həm sökülür, həm tikilir, həm köçür, həm də köçmür...
Son günlər mətbuatda Binə Ticarət Mərkəzilə bağlı müxtəlif xəbərlər yayılır. Lent.az-ın əməkdaşı Ticarət Mərkəzinə yollanaraq vəziyyətlə yerindəcə tanış olub.
Hər şeydən əvvəl bildirək ki, köçməyə hazırlaşan Binə Ticarət Mərkəzinin düz yaxınlığında (bitişik də demək olar), nə qədər təəccüblü də olsa, yeni dükanlar tikilib. Hələ tikinti işləri başa çatdırılmayıb. Belə dükanların sayı çox olmasa da, hər halda, 100-dən az da deyil olmaz. Satıcıların bildirdiyinə görə, hələlik “Yeni Binə” və ya “Binə-2” adlandırılan bu ticarət mərkəzinin sahibi ilə Binə Ticarət Mərkəzinin sahibi eyni şəxs deyil. Binə Ticarət Mərkəzinin sahibəsinin Kəbirə Məmmədova olduğunu hamı bilsə də, “Binə-2”nin sahibinin adını dəqiqləşdirmək mümkün olmadı.
Hazırda “Binə-2”-nin yalnız bəzi dükanları fəaliyyət göstərir. Həmin dükanların satıcıları isə müştəri olmamasından gileylənir.
Ərazidə olarkən özümüzü dükan alıcısı kimi təqdim etdik. Bizə dükan almaqdan ötrü Nizami adlı şəxsə yaxınlaşmalı olduğumuzu bildirdilər. Nizami adlı həmin şəxsi tapdıq. O, dükanların 28-30 kvadratmetr olduğunu, lakin satarkən 25 kvadratmetr adı ilə satdıqlarını dedi: “Yəni biz dükan alıcılarına xeyir veririk”. Belə dükanın qiyməti isə 4,5 min manatdır.
Yolandıq Binə Ticarət Mərkəzinə. Burada satıcılar əməlli-başlı təşviş və nigaranlıq içindədirlər. Bazarda ticarət mərkəzinin aprelin 15-dək bağlanacağı barədə söhbətlər dolaşır. Hətta dükanların qarşısından keçərkən belə, satıcıların “köçürük-köçmürük” söhbətlərini, mübahisələrini eşitmək olurdu. Məlumat üçün bildirək ki, söhbət Lökbatandakı ticarət mərkəzinə köçməkdən gedir. Belə ki, Lökbatan qəsəbəsində eynilə Binədəki kimi 2 ticarət mərkəzi tikilib. Həmin ticarət mərkəzlərindən biri indiki Binə Ticarət Mərkəzinin, o biri isə “Sədərək” Ticarət Mərkəzinin sahibinə məxsusdur. Hər halda, satıcılar belə deyir: “Hər sahibkar buradakı adı da ora köçürüb. Lökbatandakı ticarət mərkəzlərindən birinin adı “Binə”, o birinin adı isə “Sədərək”dir. Hər sahibkar öz bazarını köçürəcək”.
Satıcılardan biri Lent.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, Binə Ticarət Mərkəzində gəzən söhbətlərə görə, aprelin 10-dan bu istiqamətdə işləyən marşrut avtobuslarının hərəkəti dayandırılacaq: “Mən eşitmişəm ki, Kəbirə xanım gəlib bu barədə satıcılara məlumat verib. O bildirib ki, ayın 15-dək Lökbatandakı ticarət mərkəzinə köçməlisiniz. Çünki aprelin 13-dən sonra burada qalan mallara görə heç kim məsuliyyət daşımır. Ayın 13-dən sonra burada mühafizəçilər də olmayacaq”.
Arabaçılar isə hələ ki, satıcılardan sifariş almadıqlarını bildirdi. Yəni, son günlərdə satıcılardan heç kim köçmək məqsədilə mallarını daşımaq üçün arabaçılara müraciət etməyib.
Bununla yanaşı, 2-3 gündür ticarət mərkəzində satışa çıxarılan xüsusi iri kisələr sürətlə satılır. Həmin kisələr satıcıların köç zamanı istifadəsi üçün nəzərdə tutulub.
Ancaq bunun əksini deyən də tapılırdı: “Kəbirə xanım o biri tərəfin satıcıları ilə danışıb, ancaq biz tərəfə gəlib çıxmayıb. Yəni gəlib bizə deməyiblər ki, köçün, bura söküləcək. Şəxsən mən Binə Ticarət Mərkəzinin yaxın günlərdə köçürüləcəyinə, yaxud bağlanacağına inanmıram. Çünki “Binə” ilə “Sədərək” Ticarət Mərkəzi eyni vaxtda sökülməlidir. Belə ki, əgər bu əraziyə gələn marşrut avtobuslar dayandırılsa, bu, “Sədərək” Ticarət Mərkəzinə də aid olacaq. Halbuki “Sədərək” Ticarət Mərkəzi Lökbatana iyun ayında köçəcək. Binə Ticarət Mərkəzinin də həmin vaxt köçəcəyini gözləyirəm”.
Adının çəkilməsini istəməyən başqa bir satıcı isə bildirib ki, çox vaxt “köçürük” kimi sözlər qəsdən şayiə kimi yayılır: “Bundan isə ticarət mərkəzinin rəhbərliyi qazanır. Hazırda burada çalışan adamların bir qismi Lökbatandakı ticarət mərkəzində yer almaq üçün pul ödəyib. Ancaq şayiə yayılan vaxtlarda bir də görürsən Kəbirə Məmmədovanın adamları bir ağ kağız alıb, dükanların qarşısında gəzirlər. “Beh” adı ilə hərədən 1000-1500 manat alıb gedirlər”.
Binə Ticarət Mərkəzində ümumilikdə 10 mindən çox şəxs satıcı kimi fəaliyyət göstərir.
Satıcılar Binə Ticarət Mərkəzinin yerində yaşıllıq sahəsinin salınacağından xəbərdar olduqlarını da bildirdilər: “Bura Binə Ticarət Mərkəzi ilə yanaşı “Yeni Binə”nin də ərazisi aiddir. Ancaq “Yeni Binə”də dükan tikib camaata satırlar”.
Hazırda Binə Ticarət Mərkəzində çalışan satıcılar hər ay bazar rəhbərliyinə 600 manat icarəhaqqı ödəyir. Öz dükanı olmayan satıcılar isə bundan əlavə olaraq dükanın sahibinə əvvəlcədən əldə edilmiş razılığa əsasən 1500-2000 manat ödəyir. Satıcılar deyir ki, ötən il dekabrın ikinci yarısından başlayaraq, bazarda alıcı qıtlığı müşahidə olunduğundan aylıq icarəhaqqını da çıxarmaq çətindir: “3-4 ay əvvələ qədər qazancımızın 75%-i “arenda”ya gedirdi. İndi onu da güclə çıxarırıq”
Məsələ ilə bağlı Binə Ticarət Mərkəzi rəhbərliyinin oturmalı olduğu idarəyə də getdik. Lakin ticarət mərkəzinin sahibəsi Kəbirə Məmmədova və icraçı direktoru Dilşad Əmirovanın idarədə olmadığı bildirdilər: “Onlar Lökbatandakı ticarət mərkəzinə gediblər”.
İdarədə Binə Ticarət Mərkəzinin köçürüləcəyilə bağlı xəbərlərə də aydınlıq gətirildi: “Aprelin 15-dək ticarət mərkəzi Lökbatana köçürüləcək”.
Pərvin ABBASOV

2551