“Sünnət elədiyim 48 yaşlı vəzifəli indi daha yüksək postdadır” – MÜSAHİBƏ
Azərbaycanın ən bərkgedən dəllək-cərrahının Lent.az-a müsahibəsi.
Dosye: Əliyev Ramiz Möhsüm oğlu. 1940-cı ildə Ağdam şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Tibb İnstitutunu (indiki Tibb Universitetini) bitirib. Dəvəçi və Ağdam rayonlarında cərrah həkim kimi çalışıb. 1971-ci ildən Bakı şəhərindəki Məhəmməd Əmin Əfəndiyev adına 2 saylı Kiliniki Xəstəxanada çalışır. Cərrahlıqla bərabər dəlləklik, özünün dediyi kimi təmizlik işi ilə də mütəmadi olaraq məşğul olur. Müsahibimiz 1967-ci ildən - düz 42 ildir (!) sünnət edir. Lent.az-a müsahibəsi zamanı təvözəkarlıq edib özü deməsə də, onun Azərbaycanın ən bərkedən dəllək-cərrahı olmasını bilirik. Beləliklə, Azərbaycanın ən bərkgedən dəllək-cərrahının Lent.az-a danışdığı müdhiş hekayətləri oxuyun! Çünki təsəvvür etdiyinizdən də maraqlıdir.
- Sizin əsas işiniz hansıdır?
- Əsas işim cərrahlıqdır. Təmizlik mənim ikinci işimdir, bu mənim xeyirxah, yardımçı işimdir.
- Sünnət olunmağın müsbət cəhətləri hansıdır?
- Bu, hələ Məhəmməd Peyğəmbərdən (ə.s.) əvvəl – İbrahimxəilullah Peyğəmbərin (ə.s.) vaxtından yaranan bir şeydir. Mənim bildiyimə görə sünnət məcburiyyətdən əmələ gəlib. O vaxtlar körpə uşaqlar səhralıqda, qumsallıqda gedəndə xəfif külək əsəndə qum artıq dərinin – pülüyün arasına dolurdu. O vaxtkı uşaqlarda şalvar-zad yox idi, “fitə” adında bir açıq paltar geyirdilər. Qum dərinin arasına dolanda uşaqlarda iltihabi xəstəlik əmələ gəlirdi. Onlar əziyyət çəkirdi, bunun nəticəsində tələf olanlar da çox idi. Bildiyimə görə İbrahimxəlilullah Peyğəmbərin (ə.s.) vaxtında belə bir praktika olmasına baxmayaraq, bunun əsas səbəbkarı Məhəmməd Peyğəmbərdən (ə.s.) olub. Adamlar onun yanına məsləhətə gələndə o da xəstəliyin, tələf olmanın ortadan qaldırılması üçün artıq dərinin kəsilməsini yol kimi göstərib. Təbii ki, buna Allah-təaladan icazə alınandan, dualar ediləndən sonra başlanılıb. Ümumiyyətlə insan bədənində artıq heç nə yoxdur. Lakin həmin vaxt qərara gəlindi ki, bu, artıq dəridir və götürülməlidir. Beləliklə də sünnət meydana gəldi. Bu, Peyğəmbərin (ə.s.) adına bağlı bir iş olduğuna görə müsəlmanların hamısı sünnət edilir.
Bu yaxınlarda 29 yaşlı hind Dinçent Pinto mənim yanıma gələrək azərbaycanlı qızla evlənmək istədiyini, bu səbəbdən də sünnət olunmaq niyyətini bildirdi. O, Azərbaycana Hindistandan – Bombeydən gəlib. Evlənmək istədiyi qız isə Biləsuvar rayonundan idi. Mən qızın özünü də gördüm. Qızın ailəsi deyib ki, ailə qurması üçün oğlan hökmən müsəlman olmalıdır. Gəldi sünnət elədim, İslam qaydalarına uyğun olaraq başqa şərtləri də qəbul etməklə müsəlman oldu. Bu yaxınlarda onların toyları baş tutdu.
Bir nəfər çeçen də vardı, Maksim Gerasim. Mən onu 2005-ci ildə sünnət eləmişəm. Qarabağ müharibəsində ayaqlarını itirmişdi. Dedi Allaha yalvarmışam ki, mən müsəlman olum, sonra ölüm. Gəldi, protezlərini çıxardı, sünnət namazı qıldı, sonra da sünnət olundu.
- Digər millətlərdən olan başqa nümunələr də varmı?
- Bəli, çoxdur. Onların adlarını da deyə bilərəm: Elik, Balabanov Ruslan, Saxranov Aleksandr, Abramov Yura və başqaları. Bunlar hamısı sünnət olublar.
- Onların hamısını yaşlı, yoxsa uşaq vaxtı sünnət eləmisiniz?
- Hamısı yaşlı vaxtı. Məsələn, Elik yəhudidir, 26 yaşında olub. Rus Balabanov sünnət olanda 25 yaşı var idi. Həmçinin, Sergey Borisoviç – 29 yaş, Saxranov Aleksandr – 20 yaş, Andrey Petroviç – 20 yaş, Tolik – 31 yaş, Nazarov Konstantin – 36 yaş, başqa bir Ruslan – 34 yaş. Başqaları da var.
- Bu şəxslərin hamısı azərbaycanlı qızlarla evlənmək istəyənlər olub?
- Həm azərbaycanlı qızla evlənmək istəyən, həm də gigiyenik baxımdan təmizlik üçün sünnət etdirənlər var. Eləsi var ki, deyir isti aylarda məndən pis, üfunətli iy gəlir, ona görə də sünnət olunmaq istəyirəm. İy gəlmənin səbəbi də həmin artıq dərinin altına çirk yığılmasıdır. Sünnət etdirən rusların çoxu ailəli adamlardır, onlar evlənmək üçün yox, dediyim kimi təmizlik mənasında sünnət etdirirlər.
- Daha yaşlı müştəriniz olub?
- 60, hətta 70 yaşında şəxsləri də sünnət eləmişəm. Yazıçı Mirzə İbrahimovun (Nasir, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, publisist (1911-1993) Mirzə İbrahimovdan söhbət gedir. Məlumat üçün bildirək ki, Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olmuş M.İbrahimov Azərbaycanın xalq yazıçısı (1961), Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1950), Azərbaycan Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979), Azərbaycanın Əməkdar İncəsənət xadimi (1941), Sosialist Əməyi Qəhrəmanı (1981), SSRİ xalq deputatı (1989) olub. Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinin müdiri (1960-1970) vəzifələrində işləyib, ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri olub – P.A.) oğlu Aydını 55 yaşında sünnət elədim.
- Bəs nə əcəb 55 yaşında?
- Sadəcə olaraq vaxtında sünnət eləməyiblər, qalıb. Onu təxminən 15-20 il əvvəl sünnət eləmişəm. İndi həmin adam rəhmətə gedib.
Eləsi var çox yaşlıdır. Deyir mən kəfən üçün sünnət olunuram. Baxırsan 70 yaşlı adamlardı, ancaq məsələn, deyir “detdom”da böyümüşəm, ona görə də sünnət olunmamışam. Deyir sünnət olunuram ki, öləndə goruma söyməsinlər. Mənə bir dəfə meyiti də sünnət elətdiriblər.
- Bu necə oldu?
- 58 yaşlı insanın meyiti idi. Meyit Moskvadan gətirilmişdi. Məsciddəki ölüyuyan həmin meyiti yumamışdı. Deyəsən bu, “Təzəpir” məscidində baş vermişdi. Təsəvvür edin, ölmüş şəxsin üç qardaşı ölüyuyana nə qədər desələr də o, meyiti yumaqdan qəti şəkildə imtina edib. Ölüyuyan deyib ki, bu meyiti yusam günaha bataram, işimə heç vaxt xələf çıxa bilmərəm. Meyiti yumadıqlarına görə məni apardılar. Mən də gedib evdə həmin meyiti müsəlman elədim, yəni sünnət elədim. Bu, təxminən 20 il əvvəl olub. Müsəlmançılıqda belə şeylər də var.
- Anonim müraciət edənlər üçün sağalma müddətində qalmaq üçün təklif etdiyiniz yer varmı? Ümumiyyətlə bu cür müraciətlər də olurmu?
- Bəli, yer də var, bu cür müraciətlər də olur. Özü də onlar vəzifəli, hörmətli adamlardırlar, adi adamlar deyil. Ancaq elə adamlardır ki, adlarını çəkə bilmirəm, anonim sünnətlərdir. Sünnət elədiyim şəxslər arasında çox yüksək vəzifəli, türmə rəisi, aparatda işləyənlər, reketlər, “türemşik”lər də var. Onların erməni qarışığı yoxdur, azərbaycanlılardır
- Bəs necə olub ki, azyaşlı vaxtlarında sünnət edilməyiblər?
- Eləsi var uşaq vaxtı ata-anası rəhmətə gedib. Eləsi var Moskvada böyüyüb. Eləsi var Tümendən gəlib. Mən bunların hamısını öyrənmişəm. Ümumiyyətlə uşaq vaxtı sünnət olunmamanın səbəbi müxtəlifdir, çoxdur. Onu da öyrənmişəm ki, həmin adamların başqa millətlə qarışığı yoxdur, təmiz azərbaycanlıdır.
- Çox yüksək vəzifəli şəxsdən də danışdınız. Sünnət olunanda onun neçə yaşı var idi?
- Haradasa 48-52 yaşı vardı. Ancaq adını deyə bilmərəm. Eləsi var reketdir, Moskvadan gəlib, sünnət olunub, yenə qayıdıb ora. Onlar mənə xəbərdarlıq da ediblər, yəni əvvəlcədən şərt kəsiblər ki, doktor bizim adımız hallanmasın. Mən Mirzə İbrahimovun oğlunun adını ona görə çəkdim ki, artıq rəhmətə gedib. Bəlkə də sizin üçün maraqlı olar, ona görə də deyirəm: indinin özündə də böyük yerdə, məsələn aparatda kimsə oğluna toy edəndə gəlib böyüyünə deyir. Gəlib deyir ki, oğlumu nişanlayıram, qızımı filankəsə verirəm. Onların aləmində belədir ki, müdir bilməlidir ki, müavini oğluna toy edir, yaxud sünnət edir. Sovet vaxtı da belə olub. Bu səbəbə görə də həmin vaxtlar vəzifəli insanların bir qismi oğlunu uşaq vaxtı sünnət etdirə bilməyib. Çünki sünnət elətdirməzdən əvvəl rəhbərinə deməliydi, bunu isə deyə bilmirdi.
- Bayaq dediyiniz çox yüksək vəzifəlini nə vaxt sünnət eləmisiz?
- Haradasa 8 il əvvəl. O, Montində olurdu, öz evində də sünnət elədim. Bu işdən yalnız onun həyat yoldaşının xəbəri oldu. Onun bir qızı, bir oğlu var idi.
- İndi həmin şəxs vəzifədədir?
- Bəli.
- Yenə həmin vəzifədə?
- İndi həmin adamın vəzifəsini qaldırıblar, daha yüksək postdadır.
- Adətən uşaqlar tez sağalır. Bəs böyüklər sünnət ediləndə necə olur?
- Böyükləri də istəyindən asılı olaraq uşaqlar kimi həm lazer üsulu ilə, həm də evdə dəllək üsulu ilə sünnət edirəm. Böyüklərdə lazer üsulu ilə təxminən 40 dəqiqə çəkir. Uşaqlarda isə lazer üsulu ilə təxminən 25 dəqiqə çəkir. Böyüklər dələk üsulu ilə sünnət olunanda təxminən 8-10 günə sağalırlar.
- Yəqin ki, böyüklərin hamısında keyləşdirici iynələrdən istifadə edirsiniz.
- Əlbəttə, çünki iynə vurmasam onlar şoka düşə bilərlər.
- Ancaq uşaqları bir çox hallarda keyləşdirici iynə vurmadan sünnət edirlər...
- Bu, dəllək sünnətidir. Mən dəllək sünnəti də edirəm. Ancaq dəllək sünnəti bir qədər qorxuludur, çünki bu zaman qanaxmalar ola bilər. Bunun səbəbi isə dəllək sünnəti zamanı tikiş qoyulmamasıdır. Buna “dəllək sünnəti”, “kənd sünnəti” yaxud “ləzgi sünnəti” də deyirlər.
- Siz tikiş vurursunuz?
- Mən də tikiş vurmuram. Ancaq bu işi yüksək səviyyədə təkmilləşdirmişəm, ona görə də mən sünnət elədiyim adamlarda qanaxmalar olmur. Düzdür, əvvəllər qanaxmalar olub, bunun əziyyətini də çəkmişəm, amma daha olmur. İndi sünnət edəndən sonra gedib rahat yata bilirəm. Ancaq dəllək sünnətində kapilyarların ağzı açıq olur. Əgər isti olsa, uşaq narahat yatsa, laxtalanma zəif getsə əlbəttə ki, qanaxma olacaq. Hazırda Bakıda dəllək sünnəti edən çox az adam qalıb. Onlar da çox riskə gedir. Təsəvvür edin, əgər dəllək Maştağada sünnət edibsə və gecə qanaxma olursa, dəllək də şəhərin mərkəzində yaşayırsa görün nə olar. Dəllək sünnəti böyük xatalı bir işdir, çox risklidir. Ancaq bir şeyi də deyim ki, kənd uşaqlarının yarası ilə, şəhər uşaqlarının yarasında böyük fərq var. Kənd uşaqları tez sağalır. Bu yaxınlarda Siyəzənin Böyük Həmyə kəndindəydim. 16 yaşında bir uşağı sünnət elədim. Sünnətdən sonra atası oğluna dedi ki, get doktora bir balıq tut gətir. Dedim nə danışırsan, bunu dəllək sünnəti eləmişəm. Özü də sünnəti köhnə üsulla - qarğı ilə eləmişdim. Cavab verdi ki, qoy getsin, bir az qum dəyəcək qanaxmanı da saxlayacaq. Uşağı məcbur edəndən sonra o da qanı axa-axa gedib bir balıq tutub gətirdi. Bu, təbii bir üsuldur, ancaq kənd uşaqlarının sağlam olması da burada rol oynayır. Kənd uşağı ilə şəhər uşağının o əməliyyatı keçirməsi, həmçinin sağalması eyni deyil. Təbiətin, ekologiyanın, həmçinin qidaların saflığı məsələsi burada özünü aydın göstərir.
- İndiyədək neçə nəfəri sünnət eləmisiz?
- Saymamışam. Mən yalnız qeyri-azərbaycanlıların adlarını özüm üçün yazıb saxlayıram. Ancaq anonim, o cümlədən ümumiyyətlə azərbaycanlıların sünnət qeydiyyatını aparmıram.
- Yəqin ki, sünnət vaxtı maraqlı hadisələr də olur.
- Bu, yəqin ki, sizin üçün çox maraqlı olar: mən ayda 6-7 nəfəri ikinci dəfə sünnət edirəm.
- Səbəbi nədir?
- Səbəbi odur ki, məndən əvvəlki adam həmin adamı pis, qüsurlu sünnət edib, eybəcər bir vəziyyət yaranıb. Bu cür qüsurlar çox olur: “fil xortumu”, “xoruzpipiyi”, “şanapipiyi”, “ramaşka”, “qarmoşka”... Bunlar hamısı eybəcərliklərdir. Təbii ki, bu cür qüsurlu sünnət sonralar insanda narahatçılıq yaradır. Məsələn, bu yaxınlarda qeyd olunan problemlə bağlı 18 yaşlı oğlan zəng vurmuşdu. Dedi ki, məni 2 yaşımda olanda ata-anam sünnət elətdirib, ancaq çox eybəcər bir vəziyyət yaranıb. Dedi ki, əsgərliyə gedəcəm, ümumi hamamda çiməndə istəmirəm qüsurlu görünüm. Gördüm bu oğlan çox sıxıla-sıxıla danışır, xəcalət çəkirdi. Atası professor, anası dosentdir, universitetdə dərs deyirlər. Mən o uşağa baxanda çox ürəyim ağrıdı, gördüm onu çox eybəcər surətdə sünnət ediblər. Dedi elə et ki, valideynlərim gələnə qədər məsələ həll olunsun. Mən onu təzədən sünnət elədim, istədiyi kimi də alındı. O mənə böyük təşəkkürlər elədi.
Bəzən isə xəstəxanada gecə növbəsində olarkən dəlləyin sünnət elədiyi şəxsləri qanaxma ilə bağlı gətirirlər. Mən də damarı bağlayıb tikirəm çıxıb gedir. Bəzən isə adamı hətta ölümcül vəziyyətdə gətirirlər. Bu yaxınlarda 2 yaşlı bir uşaq gətirilmişdi. Uşaq o qədər qan itirmişdi ki, onu həyata çox çətinliklə qaytardıq.
- Bəs uşağın qaçması, yaxud təpik atması hallarına rast gəlmək olurmu?
- Hə, belə də olur. Bilirsiz, ümumiyyətlə uşağı bu prosesə əvvəlcədən hazırlamaq lazımdır. Elə olur bəzən uşaqları yatızdırıb sünnət edirik. Bundan başqa lazer üsulu ilə də sünnət edirik. Lazer üsulunda uşaq adətən cərrahiyyə stoluna yatılı vəziyyətdə gəlir. Yəni, uşağın bundan xəbəri də olmur, ona görə təpki də göstərmir. Ancaq mən özüm dediyim kimi, dəllək sünnətinə üstünlük verirəm. Bu, təbii formadır, sağalma da təbii üsulla gedir. Cərrahiyyə üsulu ilə sünnət ediləndə damarların ağzı tikilir. Lazerlə sünnət zamanı isə damarların ağzı yandırılır. Hətta elə olub ki, sünnət olan adam “doktor mən ətin iyini hiss edirəm” deyib. Çünki lazer üsulu ilə sünnət olanda ətin cızdığı çıxır, yandırılır. Belə də olanda təbiilik pozulur. Ona görə də çətin olmasına baxmayaraq mən dəllək üsuluna üstünlük verirəm. Baxmayaraq ki, bu üsul mənə də əziyyət verir, xəstənin yanına gedib-gəlməli oluram. Lazerdə isə belədir ki, sünnət olan kimi şalvarını geyib çıxıb gedir.
- Sünnət mərasimində kirvə tutmaq adəti də var...
- Hə, bu, dədə-babadan qalan qaydadır, indi də var. Daha çox Naxçıvan, Tovuz tərəfdə güclüdür. Həmçinin Ermənistandan gələn qaçqınlar da bu ənənəni güclü şəkildə yaşadırlar. Kirvəlik qan qardaşlığı deməkdir. Kirvənin qucağına uşağın qanından tökülürsə, o uşağın müqəddəs atası sayılır. Kirvə həmin evdə hər şeyə səlahiyyəti çatan adama çevrilir. Söhbət bir-birinə kirvə deyən hər iki tərəfdən gedir. Kirvələr bir-birindən qız alıb, qız verə bilməzlər. Düzdür, qız alıb verən var ki, bu da artıq kirvəlik deyil, bekara şeydir.
- Yəqin ki, Sizin iş başında şəkilləriniz də olur...
- Mən açıq şəkil və video çəkməyə icazə vermirəm. Bunun da səbəbi var, çünki sonra problemlər yaradır. Ötən əsrin 70-ci illərində bir nəfər ziyalı adam oğlunu sünnət elətdirmək üçün məni çağırdı. Gedib sünnət elədim. Həmin vaxt o, videolentə çəkilmişdi. Üstündən 15-16 il keçəndən sonra atasına deyib ki, məni niyə çəkdirmisən, indi xalam qızları, əmim qızları o lentə baxıb mənə lağ edir. Atası çox hörmətli adam olan o uşaq çox prinsipial olur. Ona 18 yaşı münasibətilə ad günü keçirərkən deyir ki, hökmən həmin sünnət edən həkimi tapmalısan. Atası məni çox çətinliklə də olsa tapıb. Mənə dedi ki, gəlin bizə, uşağımın ad günüdür. Cavab verdim ki, mən sizi tanımıram. O bildirdi ki, xahiş edirəm ki, yoxsa mənimçün böyük problemlər əmələ gələcək. Həm də 16 il əvvəl uşağının sünnət elədiyini xatırlatdı, əlavə etdi ki, oğlunun nə üçün çağırmasından xəbəri yoxdur. Mən getmək istəmirdim, ancaq həmin adam yalvarmaq dərəcəsinə çatmışdı. Getdim. Təbii ki, həmin oğlanı hadisənin üstündən 16 il keçdiyinə görə üzdən tanımırdım. Oğlan mənimlə çox acıqlı görüşdü. Dedi ki, bəs siz o vaxt məni sünnət edəndə prosesin lentə alınmasına necə icazə vermisiniz? Mən də dedim ki, evinizdəkilər çəkib. Dedi sizi ona görə çağırmışam ki, baxaraq məni məsxərəyə qoyduqları bu kaseti sizin qarşınızda ayağımın altına atıb əzib məhv edim. Onu da dedi ki, atamla aramda böyük problem yaranıb, ona necə böyük səhv etdiyini başa salmışam. Bunu deyəndən sonra kaseti ayağı altına atıb əzdi, qapını çırpıb getdi, özü üçün qurulmuş ad günü mərasiminə də qatılmadı. O, çox xarakterli bir uşaq idi, hətta intihar da, başqa şeylər də edə bilərdi. Atasına qarşı düşmən mövqeyində dayanmışdı. Mən ora getməsəydim inanın ki, böyük fəlakət ola bilərdi.
Həmin vaxtdan şəkil çəkdirməyə icazə vermirəm. Çünki bu gün 1-2 yaşında olan uşaq sabahın böyük kişisi olacaq.
- Sənətinizi digər sənətlərdən nə ilə fərqləndirərdiniz?
- Bu, şərəfli, savab qazandıran işdir. Özü də xüsusən dəllək sünnəti. Çünki burada söhbət kənar müdaxilə olmadan təbiilikdən, təbii sağalmadan gedir. Bakı şəhərində dəllək sünnəti edən 4 adamı tanıyırdım. Şaban, Ənbiyar, Qobulu Qabil və Cabir. Onlar rəhmətə gedib. Söhbət klinikada deyil, evdə edilən sünnətdən gedir. İndi bir nəfər cərrah tapın ki, gedib evdə sünnət edir! Buna heç kim getmir, çünki qanaxma qorxusu var. Mən Bakı şəhərində yeganə cərraham ki, dəllək üsulu ilə evdə sünnət edirəm.
- Sünnət üçün uzaq yerlərə də gedirsiz?
- Dəllək kimi Azərbaycanın müxtəlif rayonlarında, həmçinin Moskvada da olmuşam.
- Qazancınız necədir?
- Bilirsiz, bu iş elədir ki, gedib bazar açmıram. Camaatdır, nə hörmət edər, ona da qane oluram. Bu məsələdə camaatı incitmək olmaz. Əgər bazar açsan bu, sünnət işinə haramlıq qatar.
Pərvin ABBASOV

4198