31 mart soyqırımından 91 il ötür
50 mindən çox soydaşımız qətlə yetirilib, məscidlər, məktəblər yandırılıb, dağıdılıb
Bu gün erməni-bolşevik birləşmələrinin azərbaycanlılara qarşı soyqırım törətməsindən 91 il ötür. Lent.az-ın məlumatına görə, 1918-ci il martın 31-də azərbaycanlılara qarşı soyqırım törədilib. Həmin il martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri Bakını gəmilərdən yaylım atəşinə tutublar. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törədiblər. Martın 31-i və aprelin 1-də qırğınlar kütləvi şəkil alıb.
Erməni daşnakları 3 gün ərzində Bakıda 17 min azərbaycanlının həyatına son qoyub, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirib, qiymətli tarixi abidələri məhv ediblər.
Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də bu cür qanlı faciələr törədilib. Mart hadisələri zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağın dağlıq və dağətəyi hissəsində azərbaycanlıların yaşadığı 150-dən çox kənd xarabalığa çevrilib, Şuşada görünməmiş qırğınlar törədilib. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilib, məscidlər, məktəblər yandırılıb, dağıdılıb. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilib, əhalisi qətlə yetirilib.
31 mart soyqırımı qan yaddaşının təməlinə şovinizm hakim olan ermənilərin törətdiyi qanlı faciələrin ən dəhşətlisi idi.
Soyqırımı törədənlər cəzasız qalıblar.
31 mart soyqırımı beynəlxalq səviyyədə hüquqi qiymətini almayıb.
Pərvin ABBASOV

Oxşar yazılar

Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
4 iyul 2025 , 17:26
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq? - PROQNOZ
4 iyul 2025 , 17:11
Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
4 iyul 2025 , 16:39
Yayda zibil maşınlarının ifunətli suları - Sakinlər narazıdır, qurum təkzib edir
4 iyul 2025 , 16:26
108 yaşlı qadın hər gün yeməkdən əvvəl içdiyi alkoqollu içkini açıqladı
4 iyul 2025 , 15:56
İtkin düşən üç hərbçimiz Kəlbəcərdə dəfn edildi -FOTOLENT
4 iyul 2025 , 15:23
Sabah çimərliklərə getməyiniz məsləhət deyil - SƏBƏB
4 iyul 2025 , 14:46