Əli Əhmədov: “Seçicilər referenduma dəyişiklikləri dəstəkləyib”
18 mart 2009 12:00 (UTC +04:00)

Əli Əhmədov: “Seçicilər referenduma dəyişiklikləri dəstəkləyib”

YAP-ın icra katibi səsvermənin gedişinə əsaslanaraq belə deyir

“Biz referendumun keçirilməsi ilə bağlı çox böyük təşviqat kampaniyası aparmışdıq. Təşviqat qruplarının nümayəndələri bütün rayonlarda seçicilərlə 1500-dən çox görüşlər keçirmişik, biz əmin olduq ki, seçicilərin tam əksəriyyəti bu referendumun mahiyyətini düzgün başa düşüb”.

Lent.az-ın məlumatına görə, YAP-ın icra katibi Əli Əhmədov bir qədər əvvəl jurnalistlər üçün keçirdiyi mətbuat konfransında belə deyib. O, YAP-ın təşviqat qrupunun seçicilərlə görüşlərinin nəticələrini bir növ sosioloji sorğu kimi də dəyərləndirib. Onun sözlərinə görə, seçicilərlə görüşlərdə çoxsaylı insanların iştirak etməsi, qısa müddət ərzində bu görüşlərin təşkil olunması referendumda seçici fəallığının yüksək olacağını göstərirdi.

Hakim partiyanın nümayəndəsi müxalifətin səsvermə zamanı qanun pozuntularının aşkarlanması barədə bəyanatına da cavab verib. Əli Əhmədov bildirib ki, müxalifət artıq gücsüzlüyünü dərk edib və bu səbəbdən səsvermənin nəticələrinə kölgə salmaq istəyir.

“Biz 27-28 gün ərzində 1500-dən artıq görüş keçirmişik. Bu gün YAP-dan olan müşahidəçilər 5 mindən artıq məntəqədə səsvermənin gedişini izləyib. Bundan başqa, 370 müşahidəçimiz regionlardakı məntəqələrdə səyyar müşahidələr aparıblar. Müxalifət isə təşviqat kampaniyası ərzində seçicilərlə cəmi 5 görüş keçirib. Onların müşahidəçilərinin ümumi sayı heç 300-ə də çatmayıb” - deyə, Əli Əhmədov bildirib.

YAP-ın icra katibi onu da əlavə edib ki, müxalifətdən olan eyni müşahidəçilər müxtəlif məntəqələrdə qeydiyyatdan keçməklə səsverməni müşahidə edən üzvlərinin sayının çox olduğu görüntüsü yaradıb. Məsələn, müxalifəti təmsil edən Osman Kazımov adlı müşahidəçi 3-4 məntəqədə qeydiyyatdan keçib: “Amma bütün bunlar əsla nəticəyə təsir edə bilməz. Biz inanırıq ki, seçicilərin tam əksəriyyəti konstitusiyaya dəyişikliyi dəstəkləyib və bu, sonda səsvermənin nəticələrində özünü göstərəcək”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1390

Oxşar yazılar

Uşaqları  sevməyən   BÜRCLƏR

Uşaqları sevməyən BÜRCLƏR

2 aprel 2025 , 18:41
Sabahın tibbi-meteoroloji  PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 aprel 2025 , 16:39
 Sulu qar, yağış, dolu   - Sabahın  HAVASI

Sulu qar, yağış, dolu - Sabahın HAVASI

2 aprel 2025 , 13:10
Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

2 aprel 2025 , 09:21
Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

2 aprel 2025 , 09:14
Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu  olacaq

Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu olacaq

2 aprel 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

2 aprel 2025 , 08:15
Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37