Bu gün İlaxır Çərşənbədir
Bu gün Novruz ərəfəsindəki çərşənbələrdən sonuncusu – İlaxır Çərşənbədir. Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbəyə xalq arasında İlaxır Çərşənbə ilə yanaşı "Yer Çərşənbəsi" və ya "Torpaq çərşənbəsi" də deyirlər. İnama görə Torpaq Çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.
İlaxır Çərşənbə sonuncu 4 çərşənbənin mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zəngin olanıdır. Bu vaxt əvvəlki çərşənbələrdə icra olunan bütün ayin və mərasimlər daha şən, böyük xalq şənlikləri kimi təkrar qeyd olunur. Mərasim sübh tezdən suya tapınma ayini ilə başlayır. İnsanlar su kənarına gedir, su üstünə atlanır, dərdini, arzusunu axar suya deyir və ondan imdad diləyirlər. Bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Bu axşam üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bəzi bölgələrdə axır çərşənbədə süfrəyə ət və toyuq əvəzinə ancaq balıq verirlər.
Əlbəttə, bütün çərşənbələrdə əsasən yeniyetmə və gənclərdən ibarət xüsusi musiqiçilər dəstəsi axşam qaranlıq düşəndən sonra ev-ev, oba-oba gəzər, çalıb-oxuyarlar. Bəxşiş, hədiyyə yığmaq, qurşaq atmaq indi də dəbdən düşməyib.
Lent.az bütün oxucularının İlaxır Çərşənbəsini təbrik edir!

Oxşar yazılar

I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək - AÇIQLAMA
31 may 2025 , 17:00
Atanı qızlarının yanında döydülər - Sedat Peker OD PÜSKÜRDÜ
31 may 2025 , 14:49
Sabah çox isti olacaq - PROQNOZ
31 may 2025 , 12:08
İyunda güclü maqnit qasırğaları olacaq – Ayın PROQNOZU
31 may 2025 , 10:35
Həftə sonu bütün pullarını itirmək riski altında olan BÜRCLƏR
31 may 2025 , 09:09
Qusarda Polis Akademiyasına qəbulla bağlı görüş keçirildi
31 may 2025 , 08:55
Mina partlayışında yaralanan Tərtər sakininin atası da oxşar hadisənin qurbanı olub
30 may 2025 , 22:11