Gəncədə nəhəng Novruz paxlavası kəsildi
16 mart 2009 14:30 (UTC +04:00)

Gəncədə nəhəng Novruz paxlavası kəsildi

Heyrətamiz şirniyyatın dadına Ginnesin Rekordlar Kitabının nümayəndələri də baxıblar
Bu gün Gəncənin baş meydanında Novruzun gəlişi ilə bağlı bayram şənliyi keçirilib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, meydanın mərkəzində uzunluğu 12 metr, eni 4 metr, çəkisi 3 ton olan bayram paxlavası, üzərində Gəncənin simvolu olan böyük səməni bayram şənliyinə gözəllik qatıb. Yağış yağmasına baxmayaraq, bayram tədbirinə yüzlərlə insan qatılıb.
Gəncə şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov başda olmaqla şəhər əhalisi Gəncənin şirniyyat ustaları tərəfindən hazırlanan nəhəng Novruz şirniyyatının dadına baxıb. 10 günə hazırlanan paxlavaya 7000 ədəd yumurta, 550 kq şəkər tozu, 500 kq un, 360 kq yağ, 300 kq qoz, 200 lt süd, 20 kq badam, 10 kq bal, 5 kq küncüt, 5 kq zəfəran sərf olunub.
Nəhəng paxlavanın dadına böyük bayram şirniyyatının rekordlar kitabına salınması üçün Gəncəyə dəvət olunan Ginnesin Rekordlar kitabının MDB üzrə nümayəndələri Aleksey Stistunov və İqor Ximtsov da baxıb.
Tədbir Elza Seyidcahanın ifasında konsert proqramı ilə davam edib.
Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bundan sonra Gəncə Dövlət Universitetinin qarşısında yarmarka-şou fəaliyyətə başlayacaq.
Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1526

Oxşar yazılar

Uşaqları  sevməyən   BÜRCLƏR

Uşaqları sevməyən BÜRCLƏR

2 aprel 2025 , 18:41
Sabahın tibbi-meteoroloji  PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 aprel 2025 , 16:39
 Sulu qar, yağış, dolu   - Sabahın  HAVASI

Sulu qar, yağış, dolu - Sabahın HAVASI

2 aprel 2025 , 13:10
Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

2 aprel 2025 , 09:21
Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

2 aprel 2025 , 09:14
Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu  olacaq

Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu olacaq

2 aprel 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

2 aprel 2025 , 08:15
Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37