“Vəhhabilər evləndikləri azyaşlı qızları sonradan fahişəliyə məcbur edirlər”
Bu gün “Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə “Molla kəbini və qadın hüquqları” mövzusunda mətbuat konfransı keçirilib.
Lent.az-ın məlumatına görə, təşkilatın sədri Ruhəngiz Hüseynova İB-nin eyniadlı layihə həyata keçirdiyini bildirib. 6 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihənin məqsədi ölkədə “molla kəbini” nəticəsində zərər çəkmiş 13-15 yaşlı qızların hüquqlarının pozulmasının müəyyənləşdirilməsidir.
Layihə çərçivəsində Quba, Masallı və Bakı şəhərlərində mərkəzlər fəaliyyətə başlayıb. Mərkəzlər tərəfindən 5 ay müddətində hüquqları pozulan gənc qızlara, qadınlara yardım göstərilib, mövzu ilə bağlı yerli mətbuatda çıxışlar edilib, yerli əhali arasında təbliğat xarakterli işlər görülüb.
R.Hüseynovanın sözlərinə görə, bəziləri erkən nikah probleminin kasıblıq ucbatından yarandığını bildirsə də, əslində başqa səbəblər var: “Bunun kökündə birinci növbədə psixoloji problem durur. İkinci problem odur ki, valideyn “qızım evdə qalar” düşüncəsi ilə yaşayır. Üçüncüsü, bu problemin yaranmasında miqrasiya məsələsi də rol oynayır. Dördüncüsü, korrupsiyanın amilidir. Məsələn, bizə deyirdilər ki, məsələnin hüquqi tərəflərini həll etmək üçün təxminən 500 manat xərc çıxır. Beşincisi mənəvi dəyərlərin aşınması, altıncısı isə laqeydlikdir”.
Təşkilat rəhbəri deyib ki, erkən nikah qadınların təhsil, sağlamlıq, sağlam uşaq dünyaya gətirmək, yaşamaq və inkişaf etmək və s. hüquqlarını pozur.
R.Hüseynova layihə həyata keçirilən zaman aşkarlanan maraqlı faktlar barədə də açıqlama verib. Onun sözlərinə görə, Masallının Ərkivan kəndində erkən nikaha girmiş 30 nəfərdən yalnız 2-si normal şəkildə uşaq dünyaya gətirib.
Qusarda isə vəhhabi təriqətinə mənsub şəxslərin erkən nikaha daxil olduğu müəyyənləşib. R.Hüsenovanın sözlərinə görə, onlar arasında hətta bir neçə yetkinlik yaşına çatmayan qızla qeyri-rəsmi nikaha girənlər də var. Sonradan isə həmin qızlar müxtəlif yollarla ölkədən çıxarılır. Onların fahişəliyə cəlb edildiyi bildirilir.
Layihə çərçivəsində Azərbaycan qanunvericiliyi incələnib, müvafiq təkliflər hazırlanıb.
Mətbuat konfransında edən “Gənclər Klubu” İctimai Birliyinin rəhbəri Gültəkin Ramazanova isə bildirib ki, erkən nikah problemi təkcə ucqar bölgələrdə deyil, Bakı şəhərində də var.
Pərvin ABBASOV

Oxşar yazılar

I qrupda kəskin rəqabət olacaq: riyaziyyat və fizika çətinləşəcək - AÇIQLAMA
31 may 2025 , 17:00
Atanı qızlarının yanında döydülər - Sedat Peker OD PÜSKÜRDÜ
31 may 2025 , 14:49
Sabah çox isti olacaq - PROQNOZ
31 may 2025 , 12:08
İyunda güclü maqnit qasırğaları olacaq – Ayın PROQNOZU
31 may 2025 , 10:35
Həftə sonu bütün pullarını itirmək riski altında olan BÜRCLƏR
31 may 2025 , 09:09
Qusarda Polis Akademiyasına qəbulla bağlı görüş keçirildi
31 may 2025 , 08:55
Mina partlayışında yaralanan Tərtər sakininin atası da oxşar hadisənin qurbanı olub
30 may 2025 , 22:11