Mətbuat Şurası bütün yazılı mediaya nəzarət etmək istəyir
13 mart 2009 10:00 (UTC +04:00)

Mətbuat Şurası bütün yazılı mediaya nəzarət etmək istəyir

Əflatun Amaşov: “Əks halda, media sahəsindəki problemlərin bir hissəsi həll edilməmiş qalacaq”

Azərbaycan Mətbuat Şurasının katibliyi və şikayətlər üzrə komissiyası 30 reket qəzetin adını müəyyənləşdirib. Yaxın vaxtlarda həmin qəzetlərin yeni siyahısı açıqlanacaq.

Lent.az-ın məlumatına görə, bu barədə şuranın sədri Əflatun Amaşov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, şura bu qəzetlərin fəaliyyətini dəfələrlə yoxlamalı, sonra siyahını elan etməlidir: “Biz istəmirik ki, qurunun oduna yaş da yansın. Ona görə də bu məsələdə bir az diqqətli olmağa çalışırıq. Şuranın reket qəzet kimi əvvəl elan etdiyi 36 qəzetin siyahısı isə bütün qurumlara göndərilib”.

Şura sədri bu yaxınlarda reketçiliklə məşğul olduqlarına görə həbs olunan bir neçə jurnalistin çalışdıqları qəzetlərin adının dəqiqləşdiyini deyib. Onun sözlərinə görə, həbs olunan reket jurnalistlər “Respublika qanunları”, “Dövlət qanunları”, “Qanun və gerçəklik” adlı qəzetlərdir. Araşdırmalar zamanı həmin qəzetlərin 2007-ci ildə qeydiyyatdan keçdiyi məlum olub. Amma bu qəzetlərin heç biri şuranın üzvü deyil.

Əflatun Amaşov xatırladıb ki, hazırda Mətbuat Şurasının 180 üzvü var. Amma Mətbuat Şurası ölkədə çıxan bütün yazılı informasiya vasitələrinə nəzarət etmək niyyətindədir. Onun sözlərinə görə, əks halda media sahəsindəki problemlərin bir hissəsi həll edilməmiş qalacaq: “Hələ bir müddət əvvəl “Respublika qanunları” qəzeti ilə bağlı Şuraya şikayət daxil olmuşdu. Ona görə də biz ölkədəki mətbəələrdən məcburi nüsxələri göndərdikləri ünvanların siyahısına şuranın da adının salınmasını xahiş etmişik. Bu yolla ölkədə çıxan qəzetlərin hər birinin necə fəaliyyət göstərdiyini bilmək istəyirik”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1281

Oxşar yazılar

Uşaqları  sevməyən   BÜRCLƏR

Uşaqları sevməyən BÜRCLƏR

2 aprel 2025 , 18:41
Sabahın tibbi-meteoroloji  PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 aprel 2025 , 16:39
 Sulu qar, yağış, dolu   - Sabahın  HAVASI

Sulu qar, yağış, dolu - Sabahın HAVASI

2 aprel 2025 , 13:10
Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

2 aprel 2025 , 09:21
Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

2 aprel 2025 , 09:14
Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu  olacaq

Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu olacaq

2 aprel 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

2 aprel 2025 , 08:15
Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37