Pensiyalar bayrama qədər veriləcək
06 mart 2009 16:00 (UTC +04:00)

Pensiyalar bayrama qədər veriləcək

Səlim Müslümov: “Pensiya ödənişlərində heç bir problem gözlənilmir“

Prezidentin fərmanına uyğun olaraq, yanvar və fevral aylarında pensiyanın sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı artımlar pensiyaçılara çatdırılıb. Mart ayında pensiyaçılar öz pensiyalarını vaxtında ala biləcəklər.

Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov martın 6-da keçirdiyi mətbuat konfransında bildirib. Fond sədri qeyd edib ki, hazırda Novruz bayramına qədər bütün pensiyaların pensiyaçılara çatdırılması üçün ciddi iş gedir.

Onun sözlərinə görə, bu ilin iki ayında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri məcburi dövlət sosial sığorta haqları üzrə 130 milyon manat olub. Bu isə proqnozlaşdırılandan təxminən 8,2 milyon manat çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə fonda daxil olan məcburi dövlət sosial sığorta haqları 18,2 milyon manat artıqdır.

“İlin əvvəlinə bizim təxminən 112,4 milyon manat sərbəst qalığımız var idi. Hazırda fondda 357,5 milyon manat vəsait var və bu, pensiya ödənişlərinin aparılması üçün yetərlidir. Ötən iki ay ərzində bizim xərclərimiz 274 milyon manat olub və pensiyaçılara heç bir borcumuz yoxdur və martın 1-ə bizim hesabımızda 83,5 milyon manat sərbəst qalığımız var. Hazırda vəsaitlərin toplanması prosesi gedir. Yəni pensiyaların vaxtlı-vaxtında ödənməsi üçün heç bir problem gözlənilmir” - deyə, Səlim Müslümov bildirib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1672

Oxşar yazılar

Uşaqları  sevməyən   BÜRCLƏR

Uşaqları sevməyən BÜRCLƏR

2 aprel 2025 , 18:41
Sabahın tibbi-meteoroloji  PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 aprel 2025 , 16:39
 Sulu qar, yağış, dolu   - Sabahın  HAVASI

Sulu qar, yağış, dolu - Sabahın HAVASI

2 aprel 2025 , 13:10
Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

2 aprel 2025 , 09:21
Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

2 aprel 2025 , 09:14
Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu  olacaq

Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu olacaq

2 aprel 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

2 aprel 2025 , 08:15
Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37