Tələbə və şagirdlərin təqaüdü artırıldı
06 sentyabr 2010 20:59 (UTC +04:00)

Tələbə və şagirdlərin təqaüdü artırıldı

Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, sərəncam dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantların, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili tələbələri və şagirdlərin dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə imzalanıb.

Sərəncamda deyilir:

1. Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilsin:

1.1. Doktorantlara – 100 manat

1.2 Ali təhsil müəssisələrində:
adlı təqaüd alan tələbələrə – 100 manat
magistr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə – 85 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 70 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 45 manat
bakalavr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə – 80 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 65 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 40 manat

1.3 Orta ixtisas təhsili müəssisələrdə:
əla qiymətlərlə oxuyan tələbələrə – 40 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 35 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 30 manat

1.4 İlk peşə-ixtisas təhsili müəssisələrin şagirdlərinə – 30 manat

2. Təqaüdlərin ödənilməsi dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.

3. “Aspirantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası prezidentinin 2008-ci il 12 sentyabr tarixli 3042 nömrəli sərəncamının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Bu sərəncam 2010-cu il sentyabrın 1-dən qüvvəyə minir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1916

Oxşar yazılar