Nazir gəncləri seçkidə fəallığa səslədi
06 sentyabr 2010 18:25 (UTC +04:00)

Nazir gəncləri seçkidə fəallığa səslədi

“Biz istəyirik ki, bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində gənclərimiz çox fəal olsun”.

Lent.az-ın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Nazir qeyd edib ki, gənclərin seçkilərdə fəallıq göstərə bilməsi istiqamətdə də işlər aparılacaq.

“Çox istərdik ki, ilk dəfə səs verəcək gəncləri seçkilərə, təbliğat kampaniyasında fəal iştirak etməyə cəlb edək. Ümumiyyətlə, istərdik ki, yeni parlamentdə gənclər təmsil olunsunlar. Bu sahədə nazirliyin işi çox geniş olmalıdır. Digər yeni ideyalar, digər təşəbbüslər həyata keçirilsin” – deyə, Azad Rəhimov bildirib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar