Misir Mərdanovdan sərt mesaj
“Bir çox vəzifəli adamlar özünə, ailəsinə, qohum-qardaşına lazım olanda qapıdan əl çəkmir, təhsilin ziyanına olan hər cür müdaxiləyə cəhd edirlər. Ancaq təhsilin xeyrinə olan məsələlərdə, müzakirələrdə iştirak etmirlər və deyirlər ki, təhsilin problemi var”.
Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov Bakı məktəblərinin bu gün keçirilən sentyabr konfransında çıxış edərkən belə deyib. Nazir bildirib ki, indiki şəraitdə ölkə ictimaiyyəti üçün təhsildən vacib heç bir sahə yoxdur: “Ona görə də mən istəyirdim ki, o adamların hamısı bu tədbirdə iştirak edib deyilənləri eşidəydi və lazım bilsə, onlara öz münasibətini bildirəydi. Ancaq təəssüf ki, başqa vaxt təhsilin problemlərindən danışan adamlar bu gün burada yoxdurlar”.
Misir Mərdanov deyib ki, təhsilin problemi və onun həlli hər bir Azərbaycan vətəndaşından asılıdır: “Ola bilər ki, məndən daha çox, başqasında bir qədər az asılıdır. Amma bu, hamımızın problemidir”.
Elxan SALAHOV

592