Bakı müəllimlərinin sentyabr konfransı keçirilib
Bu gün Bakıda paytaxt məktəblərində çalışan təhsil işçilərinin sentyabr konfransı keçirilib. Lent.az-ın məlumatına görə, Bakı rayonlarının icra hakimiyyətlərinin rəhbərlərinin, alim və ziyalıların qatıldığı tədbirdə ötən təhsil ilinin nəticələri və qarşıda duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Konfransda çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva ötən dərs ilinin nəticələrini müsbət dəyərləndirib. O qeyd edib ki, ötən illərlə müqayisədə 2010/2011-ci tədris ili üzrə ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi xeyli artıb. Belə ki, bu il Bakı məktəblərinin məzunlarının 44,35 faizi ali məktəblərə qəbul olub. Məzunların orta balı ötən illə müqayisədə 9 faiz artaraq 241-dən 262-yə yüksəlib.
Nailə Rzaquliyeva onu da qeyd edib ki, bu il Bakı məktəbləri üzrə 600-dən yuxarı bal toplayanların sayı ötən illə müqayisədə 40 faiz (159 nəfər), 500-dən çox bal toplayanların sayı 1727-dən 2062 nəfərə qədər artıb.
İdarə rəisi hazırda Bakı təhsili sahəsində ən ciddi problemlərin uşaq bağçaları ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, hazırda paytaxtda 1009 bağça təyinatı üzrə istifadə olunmur, 700 bağçada isə məcburi köçkünlər məskunlaşıb.
Daha sonra ötən tədris ilinin nəticələrinə görə fərqləndirilən məktəblərin direktorları əldə etdiyi nailiyyətlər, topladıqları təcrübələrdən danışıblar.
Təhsil naziri Misir Mərdanov isə ölkə ictimaiyyətinin, xüsusilə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, ayrı-ayrı məmurların təhsilə daha çox diqqət yetirmələrinin vacibliyini söyləyib.
Elxan SALAHOV

610