«Azərbaycan-Avropa Velosiped Yürüşü» başa çatıb - FOTO
06 sentyabr 2010 14:00 (UTC +04:00)

«Azərbaycan-Avropa Velosiped Yürüşü» başa çatıb - FOTO

Avqustun 28-dən sentyabrın 6-dək davam edən, «Ekologiya ili» və «Azərbaycan Velosiped Həftəsi» çərçivəsində keçirilən «Azərbaycan-Avropa Velosiped Yürüşü» sona çatıb. Lent.az-ın Gəncəbasar müxbirinin bildirdiyinə görə, Xarici İşlər, İdman və Gənclər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, NATO və Azərbaycandakı Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının birgə təşkilatçılığı ilə Bakıdan başlanan yürüşün son ünvanı Gəncə olub.

33 həvəskar velosipedçinin qatıldığı aksiyada adı qeyd olunan nazirliklərin rəsmiləri, o cümlədən 16 ölkədən 21 nümayəndə, diplomatlar iştirak edib. Tədbirin əsas məqsədi «Ekologiya ili» çərçivəsində ətraf mühitin qorunmasına, eyni zamanda enerji və ərzaq təhlükəsizliyi, ekoloji maarifləndirmə ideyalarının təbliğ edilməsi, velosiped idman növünün ölkədə dəstəklənməsi olub.

Yürüşdə iştirak edən Xarici İşlər Nazirinin müavini Araz Əzimov tədbirin Azərbaycanın tanıdılması baxımından da önəmli olduğu qənaətindədir. O, velosiped yürüşlərinin ənənənə halını alacağını da diqqətə çatdırıb.

Yürüş iştirakçıları finişə çatdıqda alqış və güllərlə qarşılanıb.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 605

Oxşar yazılar