TQDK qəbul imtahanlarında iştirak edəcək
19 fevral 2009 18:00 (UTC +04:00)

TQDK qəbul imtahanlarında iştirak edəcək

Nəzarətçilərlə seminar-məşğələlər keçirilir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2009-cu il fevralın 17-dən etibarən növbəti tədris ili üçün Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirir. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, seminar–məşğələlərin məqsədi nəzarətçi–müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır.

Seminarlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin məsul əməkdaşları tərəfindən aparılır.

Seminarlarda Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən nəzarətçi qismində cəlb olunacaq müəllimlər iştirak edəcək.
Seminar–məşğələlərdə nəzarətçiləri imtahan prosesi ilə əyani surətdə tanış etmək məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilir.
Seminar-məşğələlərdə iştirak edən müəllimlər (xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər) aprel ayından etibarən TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.
Seminarlar aşağıdakı cədvəl üzrə keçirilir:

Bölgə

Keçirilmə yeri

Tarix

Nəzarətçilərin sayı

Abşeron r-nu

Xirdalan ş.  2 saylı orta məktəb

17.02.2009

336

Nəsimi r-nu

19 saylı məktəb

18.02.2009

408

Əzizbəyov r-nu

136 saylı məktəb

19.02.2009

217

Sabunçu r-nu

96 saylı məktəb

20.02.2009

396

Səbail r-nu

160 saylı məktəb

21.02.2009

305

Yasamal, Qaradağ r-nu  274 və 320
saylı  məktəblər

53 saylı məktəb

24/02/2009 və 25/02/2009

435

Binəqədi r-nu

276 saylı məktəb

26/02/2009 və 27/02/2009

608

Xətai r-nu

138 saylı məktəb

3/03/2009 və
4/03/2009

705

Sumqayıt şəhəri

"Təfəkkür"      liseyi

5 və 6 mart

580

Qaradağ r-nu

166 saylı məktəb

07.03.2009

250

Nərimanov r-nu

319 saylı məktəb

Tarixi barədə əlavə məlumat veriləcək

 

Suraxanı r-nu

278 saylı məktəb

10/03/2009 və
11/03/2009

417

Nizami r-nu

214 saylı məktəb

12/03/2009 və
13/03/2009

435

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1365

Oxşar yazılar