Prezident “2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı tədbirlər planı”nı təsdiq edib
Azərbaycan Prezidenti İlham Əliyev “2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı tədbirlər planı”nı təsdiq edib. Prezidentin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu barədə Prezidentin “2009-cu ilin “Uşaq ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 dekabr tarixli 103 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə imzaladığı sərəncamda bildirilir.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 18 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı Tədbirlər planı”nda Azərbaycan uşaqları haqqında məlumat bankının və internet saytının, xüsusi portalın yaradılması, müasir ailə modelinə dair müvafiq tövsiyələrin hazırlanması, respublika uşaq yaradıcılıq festivalının, habelə Beynəlxalq Bakı uşaq rəsm müsabiqəsinin və “Şərq-Qərb” beynəlxalq uşaq rəqs festivalının keçirilməsi, eləcə də BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyası ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi, uşaqların intellektual inkişafına, onların vətənpərvərlik, milli-mənəvi dəyərlərin qorunması və tolerantlıq ruhunda tərbiyə edilməsinə yönəldilmiş müxtəlif tədbirlərin təşkil edilməsi, xaricdə yaşayan azərbaycanlı uşaqlara ana dilinin öyrədilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, “Uşaq ili” ilə bağlı yeni teatr tamaşalarının hazırlanması, dövlət uşaq müəssisələrində tamaşaların və konsert proqramlarının təşkili nəzərdə tutulur.
Tədbirlər planına əsasən, “Uşaq ili” çərçivəsində uşaqların sağlamlığı və təhsili ilə bağlı uşaq müəssisələrində kütləvi tibbi müayinələr aparılacaq, sağlamlaşdırıcı tədbirlərin və sağlam həyat tərzinin təbliğinə diqqət yetiriləcək, uşaqlarda yoluxucu xəstəliklərin immunprofilaktikası işinin təkmilləşdirilməsi tədbirləri gücləndiriləcək, irsi qan xəstəliklərinə düçar olmuş uşaqlar üçün qanvermə aksiyaları keçiriləcək, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı standartlar təkmilləşdiriləcək.
Tədbirlər planında müasir tipli ümumtəhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, məktəbdənkənar təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının müasir standartlara uyğun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, uşaqlar arasında intellektual yarışların keçirilməsi və sair nəzərdə tutulur.

Oxşar yazılar

Sirlərinizi “ChatGPT”ə etibar etməyin - təhlükə barədə XƏBƏRDARLIQ
26 iyul 2025 , 20:15
Tur şirkətlərinin FIRILDAĞI - Onları necə seçək, nələrə fikir verək?
26 iyul 2025 , 17:00
Əksər rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
26 iyul 2025 , 14:16
Sabah yağış yağacaq, dolu düşəcək
26 iyul 2025 , 12:22
Hazırda bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA
26 iyul 2025 , 10:39
Ulduzlar sizin tərəfinizdədir: İyulun axırı 3 BÜRCƏ inanılmaz şans gətirəcək
26 iyul 2025 , 09:09
Əlinizə baxaraq keçəlləşməyə meyilli olub-olmadığınızı anlayın
25 iyul 2025 , 18:33