Eyyub Hüseynov: “Quest net” şirkətindən bizə şikayət daxil olmayıb”
“Quest net”ə pul verib mal ala bilməyənlər bizə müraciət etsin”
Fevralın 13-də Daxili İşlər Nazirliyi məlumat yayaraq “Quest net” firması adı altında fəaliyyət göstərən şəbəkənin on minlərlə vətəndaşı aldadaraq, külli miqdarda qazanc götürdüklərini açıqladı. Məlumatda qeyd olunurdu ki, istintaq-əməliyyat tədbirləri ilə firmanın 23 satış mərkəzində işləyən 41 nəfərinin saxlanılıb, o cümlədən firmanın Azərbaycandakı agentliyinin rəhbəri Valeh Ağayev və onun 3 yaxın əlaltısı həbs ediliblər. Şirkətin təmsilçisi Hanifi İsgörən isə Lent.az-a açıqlamasında cəmi 4 nəfərin barəsində məhkəmədə həbs qərarı verildiyini bildirmiş və şirkətin fəaliyyəti ilə bağlı Azərbaycanın dövlət orqanlarına izahat verməyə hazır olduğunu bəyan etmişdi.
Bu və bu kimi digər şirkətlərin fəaliyyətilə bağlı mövzunu Lent.az-a şərh edən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib ki, bütün dünyada yayılmış elektron satış və şəbəkə marketinqi Azərbaycanda da var. AİB sədri bildirib ki, Azərbaycanda da elektron ticarət olmalıdır: “Quest net” elektron satış şəbəkəsidir. 2005-ci ildə Azərbaycanda elektron satışla bağlı qanun qəbul olunub. Azərbaycan Ümumdunya Ticarət Təşkilatına daxil olmaq ərəfəsindədir. 8 ildən çoxdur ki, Azərbaycanda çoxsaylı şəbəkə marketinqi olub. Bunların əksəriyyəti insanların hüquqlarını pozan, bəzən “işədüzəltmə kampaniyası” adı altında fəaliyyət göstərən şirkətlər olub. Onların hamısından bizə şikayətlər gəlib. Lakin 1 ilə yaxındır fəaliyyət göstərən “Quest net” şirkətindən Azad İstehlakçılar Birliyinə şikayət daxil olmayıb. AİB internet səviyyəsində bu şirkətin fəaliyyətini öyrənib. Məlum olub ki, onlar Azərbaycanda digər ölkələrdə olduğu kimi fəaliyyət göstərib. Lent.az vasitəsilə bəyan edirəm ki, Azad İstehlakçılar Birliyi həmin istehlakçıların hüquqlarını təmənnasız qorumağa hazırıq. İstehlakçıları bizə müraciət etməyə çağırıram”.
E.Hüseynov “Quest net”lə bağlı dövlət qurumları ilə də əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.
Onu da bildirək ki, AİB bu gün “Quest net”lə bağlı bəyanat yayıb. Bəyanatda şirkətə pul ödəmiş, lakin mal ala bilməmiş vətəndaşlar AİB-ə müraciət etməyə çağırılır.
Pərvin ABBASOV

1877