“Bu gənclərimizlə azərbaycanlılar fəxr edirlər”
Millət vəkilləri Qənirə Paşayeva və Aydın Həsənov Cəlilabad rayonunda, Tərtər istiqamətində şəhid olan hərbiçilərimiz Əhməd Abdullayev və Fərid Əhmədovun Cəlilabad rayonunda yaşayan ailələrinə baş çəkib, ailə üzvlərinə və yaxınlarına baş sağlığı veriblər.
Lent.az-ın verdiyi məlumata görə, millət vəkilləri şəhid ailələri və yaxınları ilə görüşlərdə bildiriblər ki, vətən qarşısında borcunu qəhrəmanlıqla yerinə yetirərək şəhid olmuş bu gənclərimizlə bütün dünyadakı azərbaycanlılar fəxr edir və onların ruhu qarşısında baş əyir.
Deputatlar şəhid ailələrinin daim Ali Baş Komandan, prezident İlham Əliyevin diqqət və qayğısında olmasına toxunaraq bunun hər bir azərbaycanlı üçün örnək olduğunu, şəhid ailələrinə diqqət və qayğının hər bir azərbaycanlının ən müqəddəs borcundan biri olduğunu qeyd ediblər. Şəhid ailələri və yaxınları övladlarının, yaxınlarının vətən uğrunda şəhid olmaları ilə fəxr etdiklərini deyiblər.

613