“Keyfiyyətli təhsil verməyən ali məktəblər barədə müvafiq tədbirlər görüləcək”
“Bu il iki ali məktəbin lisenziyası dayandırılıb. Təhsil Nazirliyi Moskva Dövlət Universitetinin Bakı filialı və Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.
Biz bu işləri davam etdirəcəyik. Bu gün bizə kəmiyyət yox, keyfiyyət lazımdır”. APA-nın məlumatına görə, bu fikirləri təhsil naziri Misir Mərdanov bu gün keçirilən Təhsil İşçilərinin Respublika Konfransında deyib. Onun sözlərinə görə, keyfiyyətli təhsil verməyən ali məktəblər barədə müvafiq tədbirlər görüləcək. Nazir bu işi müvafiq qrafiklə həyata keçirəcəklərini də söyləyib.

634