Qeyri-ənənəvi dini təriqətlərin fəaliyyətini araşdıran jurnalistlər mükafatlandırılıb
03 sentyabr 2010 15:34 (UTC +04:00)

Qeyri-ənənəvi dini təriqətlərin fəaliyyətini araşdıran jurnalistlər mükafatlandırılıb

Lent.az-ın məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, millət vəkilləri, din sahəsi üzrə ekspertlər, jurnalistlər çıxış edib.

Lent.az İnformasiya Agentliyinin əməkdaşı Pərvin Abbasovun “Qeyri-ənənəvi dinlər və təriqətlərlə bağlı inanılmaz faktlar” silsiləsindən yazıları birinci yerə layiq görülüb. Lent.az-ın yazarı Günel Mövlud da mükafatlandırılan jurnalistlər arasındadır.

Qeydə edək ki, “Azərbaycanda qeyri-ənənəvi dini təriqətlərin fəaliyyətinin araşdırılması, monitorinqi və bu yöndə ictimai məlumatlandırmanın təşkili” layihəsini Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyələşdirib. Layihə çərçivəsində müsabiqə ilə yanaşı Bakı və Sumqayıt şəhərində sorğular keçirilib, “dəyirmi masa” təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1224

Oxşar yazılar