Hava şəraitində ciddi dəyişiklik gözlənilmir
03 sentyabr 2010 15:17 (UTC +04:00)

Hava şəraitində ciddi dəyişiklik gözlənilmir

Sentyabrın 3-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, arabir güclənən şimal-qərb küləyinin gecəyə doğru nisbətən mülayimləşməsi gözlənilir. Gündüz 29-32, axşam 25-27, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.


Sentyabrın 4-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək,
gündüz mülayimləşəcək. Gecə 20-23, gündüz 30-33, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.


Sentyabrın 5-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Gecə 19-23, gündüz 30-33 dərəcə isti olacaq.


Sentyabrın 6-da hava az buludlu, yağmursuz keçəcək. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Gecə 20-23, gündüz 32-35 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında sentyabrın 4-də hava, əsasən yağmursuz keçəcək, lakin gecə bəzi qıraq qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək, gündüz şərq küləyi ilə əvəz olunacaq. Gecə 18-23, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.


Sentyabrın 5-6-da hava, əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Gecə 20-24, gündüz 33-37, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 745

Oxşar yazılar