ABU-nun ərazisi sökülür
03 sentyabr 2010 13:58 (UTC +04:00)

ABU-nun ərazisi sökülür

Sentyabrın 1-dən lisenziyası dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) ərazisində söküntü işlərinə başlanıb.

Lent.az-ın əməkdaşları dünən ərazidə olarkən universitetin ərazisini əhatəyə alan daş divarın söküldüyünün şahidi olublar. Təxminən 2 metr hündürlüyündə olan daş divarın 150 metrədək hissəsi artıq sökülüb. Hətta sökülmüş ərazinin bəzi hissələri tör-töküntülərdən də təmizlənib.

Xatırladaq ki, ötən ilin yayında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov ABU-nun yerləşdiyi ərazinin bir hissəsinin Bakı Metropoliteninə məxsus olduğunu söyləmişdi. Buranın Bakı Metropoliteninin mövcud hərəkət xətlərinin genişləndirilməsi planına daxil olduğunu deyən Tağı Əhmədov ərazinin tezliklə geri alınacağı barədə xəbərdarlıq da etmişdi.

Tələbələr və ətrafda yaşayanlar Lent.az-ın əməkdaşlarına bildiriblər ki, ABU-nun ərazisindəki söküntü işlərini məhz Bakı Metropoliteni aparıb. Universitetin inzibati ərazisinə bitişik idman meydançasının yeri hazırda tikilməkdə olan Bakı Metropolitenin deposunun tikinti sahəsinə düşür. Bu səbəbdən də ərazi ABU-ya məxsus tikinti sahələri sökülərək Bakı Metropoliteninə qaytarılıb.

Söküntü işləri universitetin idman meydançasının sağ hissəsi boyunca böyük bir ərazini əhatə edir. Söküntü işləri universitetin Olimpiya İdman Kompleksinin giriş hissəsində davam etdirilir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1043

Oxşar yazılar