“Təmiz hava” aylığı başa çatıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının Bakı şəhərində birgə keçirdiyi “Təmiz hava” aylığı başa çatıb. Tədbğir adından da göründüyü kimi, bir ay – avqust ayı boyunca davam edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, aylıq çərçivəsində Bakı şəhərində “Atmosfer havasının mühafizəsi haqqında” qanununun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə 35 avtonəqliyyat müəssisəsində və nəqliyyat sexlərində yoxlama aparılıb, avtomobil yollarında isə reydlər həyata keçirilib. Müəssisələrdə yoxlanılmış 1001 avtomobildən 278-nin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkarlanıb. Yoxlamanın gedişi zamanı profilaktik işlər aparılaraq 191 avtonəqliyyat vasitəsində karbon oksidinin miqdarı norma həddinə endirilib.
Bundan başqa, yoxlama zamanı Xəzər Dəniz Gəmiçiliyinin avtobazasında 5, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin avtoparkında 4, “Körpü-Bina-Tikinti” MMC-nin qarajında 9, “Bakı Yükdaşıma Nəqliyyat” ASC-nin qarajında 3, “Qum Adası” NQÇİ-nin TSN-də 3, Dalma Qurğularının Təmiri və Kirayəsi İdarəsinin nəqliyyat sexində yoxlanılan 7 avtonəqliyyat vasitələri atmosfer havasını norma həddindən artıq zərərli maddələrlə çirkləndirdiyi üçün həmin müəssisələrə qarşı ətraf mühitə dəymiş zərərin ödənilməsi məqsədilə müvafiq iddialar irəli sürülüb. Yoxlamaların nəticələrinə əsasən atmosfer havasının avtonəqliyyat vasitələri ilə normadan artıq çirkləndirilməsi nəticəsində dəymiş ziyanın ödənilməsi üçün 18 müəssisəyə qarşı 540 manat məbləğində iddia qaldırılıb, 1250 manat məbləğində ödəmə tətbiq olunub. Aşkarlanmış qanun pozuntularının və çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icrası məcburi olan göstərişlər verilib.
Həmçinin aylıq çərçivəsində Bakı şəhərinin küçə və magistral yollarında da keçirilən reydlər zamanı 6000 avtomobildən 2151-də mühərriklərin işlənmiş qazlarında “CO”-nun və tüstünün miqdarının normadan artıq olduğu aşkar edilib. Bu avtomobillərin sürücüləri barəsində Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən protokollar tərtib edilərək inzibati qaydada məsuliyyət tədbirləri tətbiq olunub.
Elxan SALAHOV

914