Etilen-polietilen zavodunda mülki müdafiə üzrə təlim keçiriləcək
Sentyabrın 3-də “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun ərazisində Fövqəladə Hallar Nazirliyi qüvvələrinin mülki müdafiə üzrə təlimi keçiriləcək.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, təlimin keçirilməsində əsas məqsəd fövqəladə hadisələr zamanı birgə və səmərəli fəaliyyəti təşkil etməkdir.
Zavodun hərbiləşdirilməmiş mülki müdafiə heyətinin və Fövqəladə Hallar Nazirliyinin mühafizə xidmətinin 200 nəfərlik qüvvəsinin iştirak edəcəyi təlimə 10-dan artıq yanğınsöndürən maşın və texnika cəlb olunacaq. Artıq “Azərikimya”da təlimlə bağlı hazırlıq işləri yekunlaşıb. Təlim üçün stasionar yanğınsöndürmə, rabitə-xəbərdarlıq qurğuları hazırlanıb, su təchizatı, mülki müdafiə dəstələrinin xüsusi geyim, dəbilqə və s. ləvazimatlarla təminatı məsələləri həll olunub, iştirakçılara metodiki tövsiyələr verilib.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyası, Sumqayıt şəhər Mülki Müdafiə Qərargahının, Respublika “Qızıl Aypara” Cəmiyyəti Sumqayıt şəhər şöbəsinin nümayəndələri iştirak edəcəklər. Sumqayıt şəhər təcili tibbi-yardım stansiyasının həkimlər briqadası təlim keçirilən müddət ərzində zavodun ərazisində növbə çəkəcək.

Oxşar yazılar

Hədiyyə verilən əmlak boşananda bölünür? - CAVAB
3 iyul 2025 , 12:48
Sabah bu yerlərə leysan yağacaq - Hava PROQNOZU
3 iyul 2025 , 12:33
Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA
3 iyul 2025 , 12:04
Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac var? - TƏHLİL
3 iyul 2025 , 10:55
Bu BÜRCLƏR iyul ayında çox zəngin olacaq: Qızıldan dağlar kimə vəd edilir?
3 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
3 iyul 2025 , 08:15
Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq
3 iyul 2025 , 00:02