ABU-nun tələbələri Təhsil Nazirliyinə yollandı
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) bağlanması ilə əlaqədar bir qrup tələbə və valideyn bu gün Təhsil Nazirliyi qarşısına toplaşıb.
Lent.az-ın məlumatına görə, günorta saatlarında universitetin həyətinə toplaşan tələbə valideynlər bu özəl ali məktəblə bağlı baş verənləri öyrənmək istəyiblər. Ancaq universitet rəhbərliyindən onları heç kəs qəbul etməyib. Bu səbəbdən də valideynlər və tələbələrin bir qrupu marşrut avtobuslara doluşaraq Təhsil Nazirliyinə yollanıblar.
Nazirlikdə isə onlara bildirilib ki, hazırda müvafiq kurslarda qanuni şəkildə təhsilini davam etdirənlərin siyahısı hazırlanır və belə tələbələrə başqa özəl ali məktəblərdə təhsillərini davam etdirəcəklər. Təhsilini başa vurmuş, lakin hələ də diplom almayanların problemlərini universitet rəhbərliyi özü həll edəcək.
Nazirliyin nümayəndələri tələbə və valideynlərə xəbərdarlıq edib ki, tələbələrin köçürülməsi, akademik borclarının olub-olmaması ilə bağlı araşdırmalar sentyabrın 10-dan sonra başlanacaq. Odur ki, tələbələr və valideynlər həmin müddətdən sonra Təhsil Nazirliyinə müraciət edə bilərlər.
Xatırladaq ki, dünən təhsil naziri Misir Mərdanov Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətinin uzadılmaması barədə əmr imzalayıb.
Elxan SALAHOV

891