Tikinti standartları təsdiqləndi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən təqdim edilmiş “AZS QOST 21.501-2010” və “AZS QOST 21.508-2010” dövlət standartlarını təsdiq edilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ‘AZS QOST 21.501-2010” “Tikinti üçün layihə sənədləri sistemi. Memarlıq-tikinti işçi cizgilərinin işlənilməsi qaydaları”, “AZS QOST 21.508-2010” “Tikinti üçün layihə sənədləri sistemi. Müəssisə, qurğu və mülki-mənzil obyektlərinin baş planlarının işçi sənədlərinin yerinə yetirilməsi qaydaları” standartlarıdır.
“Tikinti üçün layihə sənədləri sistemi. Memarlıq-tikinti işçi cizgilərinin işlənilməsi qaydaları” standartının tələbinə əsasən metal konstruksiyaların işçi cizgilərinin işlənməsində tikinti üçün layihə sənədləri sisteminin müvafiq standartlarını rəhbər tutmaq lazımdır.
“Tikinti üçün layihə sənədləri sistemi. Müəssisə, qurğu və mülki-mənzil obyektlərinin baş planlarının işçi sənədlərinin yerinə yetirilməsi qaydaları” standartı isə müxtəlif təyinatlı müəssisə, qurğu və mülki-mənzil obyektlərinin baş planlarının işçi sənədlərinin tərkibini və yerinə yetirilmə qaydalarını müəyyənləşdirir.
Standartların tətbiq vaxtı sentyabrın 1-dən müəyyən edilib.

1583