Gəncə 2504 yaşını qeyd etməyə hazırlaşır
02 sentyabr 2010 12:18 (UTC +04:00)

Gəncə 2504 yaşını qeyd etməyə hazırlaşır

Gəncə şəhəri 2504 yaşını qeyd etməyə hazırlaşır. Sentyabrın 22-23-də bayram tədbirlərinin keçirilməsi planlaşdırılır. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Bəxtiyar Muradov məlumat verib. Onun sözlərinə görə, ilk olaraq carçıların car çəkməsi ilə başlayan şənliklər motosikllər, atlıların çıxışları, Nizami Gəncəvinin heykəli qarşısında Nizami poeziya saatı, Mircəlal Paşayev muzeyində Gəncə Dövlət Kamera Orkestri və İsveçrədən dəvət olunan 5 nəfər musiqiçisinin iştirakı ilə konsert proqramı ilə davam edəcək.

Ertəsi gün Gəncə Darvazalarının önündə vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya, Şah İsmayıl Xətai prospekti boyunca hərbçilər və idmançılarının yürüşü, meydanda geniş şənlik nəzərdə tutulur.

Türkiyə, Dağıstan, Gürcüstan, Belarus, Özbəkistan, Azərbaycanın Bakı, Şəki, Bərdə, Yevlax, Lənkəran kimi şəhər və rayonlarından qonaqların iştirakı ilə keçiriləcək el şənliyində milli mətbəximizin inciləri sərgilənəcək, konsert proqramı təşkil ediləcək və atəşfəşanlıq olacaq.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660

Oxşar yazılar