Gəncə Dövlət Dram Teatrı 115-ci mövsümü «Şeyx Nizami» ilə açacaq
Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı 115-ci mövsümünü açmağa hazırlaşır. Teatrın direktoru Əli Qasımovun Lent.az-ın Gəncəbasar müxbirinə bildirdiyinə görə, yaradıcı kollektiv mövsümü Oktay Altunbayın «Şeyx Nizami» əsəri ilə açacaq. Əsər tarixi mövzudadır və bu səhnə əsərində bütün aktyor truppası iştirak edəcək. Tamaşanın quruluşçu rejissoru Vaqif Şərifovdur. Bu mövsümdən teatrsevərlər həftədə 6 gün tamaşa izləyə biləcək.
Gəncə Dövlət Kukla Teatrından Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə isə bu sənət ocağı 24-cü mövsümünü açmağa hazırlaşır. Teatrının yaradıcı kollektivi isə dramaturq Rəhman Əlizadənin «Tülkünün uçuşu» əsərini səhnələşdirir. Əsər Abdulla Şaiqin hekayələrinin motivləri əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Xudayət Əsgərovdur.
Hər iki mədəniyyət ocağı yeni mövsümünü sentyabrın 15-də açacaq.
Vüsalə Cənnətova

Oxşar yazılar

Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04
Azərbaycanda tur adı ilə yayda istirahət etmək istəyənləri necə aldadırlar? - ARAŞDIRMA
2 iyul 2025 , 16:04