DSMF xərclər proqnozunu 99 faiz icra edib
2010-cu ilin yanvar-iyun ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə büdcə proqnozu 90,8 faiz səviyyəsində icra olunub. Bu müddətdə 614,3 milyon manat məcburi dövlət sosial sığorta haqları daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,5 faiz və ya 20,7 milyon manat çoxdur.
Lent.az-ın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bu gün keçirdiyi mətbuat konfransında belə deyib. O qeyd edib ki, ilin ilk yarısı ərzində büdcə təşkilatları tərəfindən proqnoza 89,9 faiz əməl olunub. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 5 milyon manat azdır.
Səlim Müslümov deyib ki, hazırda DSMF-nin cari borcu yoxdur. Ancaq keçmişdən qalan borclardan ödənməyəni var. Onun sözlərinə görə, bu ilin ilk yarısında qeyri-büdcə təşkilatlarından 350 milyon manat vəsait daxil olub və bu təşkilatlar proqnozu 92,5 faiz səviyyəsində icra edib. Fondun xərclər proqnozu 99 faiz, ümumilikdə bütün xərclər üzrə ödəmələrin icrası 98,2 faiz təşkil edib.
Fond sədri vurğulayıb ki, qeyri-büdcə təşkilatlarından daxilolmalar ötən illə müqayisədə 8 faiz artdığı halda əməkhaqqı üzrə artım cəmi 5,7 faiz təşkil edib. Bu isə o deməkdir ki, qeyri-büdcə təşkilatlarından daxilolmalar əməkhaqqı artımını 2,2 faiz üstələyib.
Elxan SALAHOV

568