“Poqon”ların “yatdığı” həbsxana - REPORTAJ
Lent.az-ın əməkdaşı 9 saylı Cəzaçəkmə Müəssisəsindən yazır
Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsindən (CM) yazıram bu dəfə. Bu Müəssisə o biri həbsxanalardan nə uşaq, nə də qadın məhkumların cəza çəkməsilə deyil, tamam başqa özəlliyilə fərqlənir. Bura əhali arasında “poqon”ların “yatdığı” həbsxana” kimi tanınır. Məsələ burasındadır ki, 9 saylı CM-də yüksək və aşağı rütbəli polislər, prokurorluq əməkdaşları, hərbçilər, xüsusi xidmət orqanlarının, lap elə Penitensiar Xidmətin cinayət törətmiş işçiləri cəza çəkir. Çoxluq isə hərbçilərə aiddir.
Manyak general
Nə qədər ziddiyyətli olsa da, belədir: qanunu qorumalı olanlar da günün birində onu pozur, yəni cinayət törədir. Bu cinayətlər isə kifayət qədər “rəngarəngdir”: rüşvət almaqdan tutmuş, qısqanclıq zəminində qətl törədənə qədər; vətənə xəyanətdən tutmuş, seksual xarakterli hərəkətlərə qədər. Təsəvvür edirsinizmi, burada “yatanlar”dan biri – general rütbəli şəxs elə bir cinayət törədibmiş ki, onun əməli Cinayət Məcəlləsində (CM) də nəzərə alınmayıb. Axırda CM-in 150 (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsilə cəza verilib. Bu adam Qazaxıstandan gətirdiyi, burada həm qulluqçu, həm də sevgili olaraq saxladığı qadına qarşı törətdiyi əmələ görə cəza alıb. O, qadını saxladığı yekəpər itiylə cinsi əlaqəyə məcbur edirmiş. Günün birində generalı sərxoş halda yuxu tutur. Qadın fürsətdən istifadə edərək, baltanı götürüb onun başına vurur və aradan çıxır. Həmin vaxt belə bir məlumat yayılır ki, guya generala hücum olub. Ancaq sonradan bu xəbərlər təkzib olunur. Və general həbs edilir.
Məhkumsuz “kars”
Hazırda burada 232 məhkum cəza çəkir (işçi heyət isə belədir: 23 zabit, 25 nəzarətçi, 5 mülki və 3 nəfər tibbi işçi). 16 ildir burada çalışan tərbiyə işləri üzrə rəis müavini Nəcməli Qasımov deyir ki, 9 saylı CM digər analoji müəssisələrdən həm də məhkumlarının özlərini nümunəvi aparmasıyla fərqlənib. Burada nəinki qiyam, hətta kiçik səs-küy yaradacaq hadisə də olmayıb. Hazırda təmir-tikinti işləri aparılan CM-in “cərimə otağı” (“kars”) təmirdədir. Soruşanda ki, bəs cərimə olunan məhkumları hara salırsız? Cavab verildi ki, burada adətən məhkumlar “cərimə otağı”na salınası bir iş tutmurlar. Buna görə də təmirdən sonra “karsın” qapısına böyük bir “qızıl açar” vurulacaq, yəni içəri həmişə boş olur. 9 saylı CM-in məhbuslarının iş yerə də elə CM-in həyətindədir. Məsələn, onlar hazırda müəssisənin təmiriylə məşğul olurlar.
9 saylı CM kriminal aləmin qaydalarının işləməməsilə də digər həbsxanalardan fərqlənir.
Paltar yumağa öyrəşən kişi...
Cəzaçəkmə Müəssisəsində 5 yataqxana var. Hər yataqxanada orta hesabla 40-50 məhbus yerləşir. Dediyim kimi, hazırda burada 232 nəfər məhbus cəza çəkir. Ancaq CM 350 məhkumun saxlanmasına imkan verir.
Yataqxanalarla, mətbəx və yeməkxanayla tanış oldum. Sözün düzü, hazırda təmir gedən CM-lə bağlı hansısa neqativ fikir söyləmək çətindir. Ancaq bura əlbəttə ki, cəzaçəkmə müəssisəsidir, sanatoriya deyil.
CM-in həyətində məhkumlar sərbəst gəzişir. Onlar öz aralarında “barak” adlandırdığı yataqxanaya girib istirahət edə, kitabxanada kitab oxuya bilər. Orada olarkən məhkumların həyətdəki stadionda futbol oynadığını da gördüm. Futbol oynanılan meydançanın yaşıl örtüklü olmamasını da təbii qəbul elədim. Məhkumlar qumun üstündə topun ardınca o tərəf-bu tərəfə qaçırdı. Onların hətta hakimi də vardı. “Hakim” meydançadan kənarda durub vəziyyətə nəzarət eləyir, arabir də ağzındakı fitinin səsi gəlirdi. Bəzi məhbuslar isə qıraqda oturub futbol oynayanlara azarkeşlik edirdi.
Həyətdə xeyli şam ağacı əkilib. Şam ağaclarının düz yanında isə məhkumlar həm nərd, şahmat, domino oynayıb vaxtlarını “öldürə”, çay içə, həm də paltarlarını yuya bilərlər. Orada orta yaşlı məhkumun ləyəndə paltar yuduğunu görəndə ona diqqətlə fikir verməyə başladım: paltarları ləyəndə sabunlayır, sonra isə yaxınlıqdakı kranda onları yuyurdu. Azərbaycan mentalitetində paltar yumaq “kişi işi” sayılmasa da, məhkum bunu profesionallıqla edirdi; hiss olunurdu ki, çoxdan “yatır”, artıq öyrəşib...
Məhkumu yolux(may)an yaxınları
Bütün başqa CM-lərdə olduğu kimi, burada da məhkumların yanına yaxınları gələrək onlarla görüşürlər. Hələ mən qapıda bu cür bir oğlan gördüm. O, keçmiş polis işçisi olan, narkotik maddədən istifadəyə görə tutulan qohumuna ərzaq gətirmişdi: 5-6 çörək, qazlı su butulkaları və s.
Ancaq elə məhkumlar da var ki, onların yanına gələn olmur. Hazırda belələrinin sayı 5-dən çox deyil. Əslən aran rayonlarından birindən olan məhkumun da yanına gələn olmurmuş. Hərbçi cavan həbsxanaya oğurluq etdiyinə görə düşübmüş. Onun geniş imkanları olan biznesmen atası da elədiyi cinayətə görə oğlundan imtina edibmiş. Günlərin birində – artıq oğlanın həbs müddəti başa çatana yaxın - CM rəhbərliyi ataya məktub yazır. Ki, bəs oğlunun yanına gəlməyin vacibdir, ona mənəvi dəstək olmalısan. Ata bu məktubdan sonra pay-püş hazırlayaraq oğlunun yanına gəlir. Həmin oğlan artıq həbsdən buraxılıb.
Burada Rusiyadan gələn müstəntiq də “yatıb”. Heydər Əliyev adına Hava Limanında onun üzərindən narkotik tapılıbmış. Burada 4 ay yatdıqdan sonra vətəninə ekstradisiya olunub.
Hepatit C xəstələri
Cəzaçəkmə Müəssisəsində Tibb Sanitar Hissəsini fəaliyyət göstərir. Tibb Sanitar Hissəsinin rəisi Əsəd Qasımov deyir ki, hər bir məhkum üçün açılmış tibbi kitabçaya baxılır, sonra isə məhkumun müayinədən keçilir. Həmçinin, məhkumun bədəninə baxış keçirilir, hansısa zədəsi varsa, yaxud təcridxanada işgəncə alıbsa, bunlar sənədləşdirilir. Sonra əgər məhkumun müalicəyə ehtiyacı varsa, ambulator qaydada müalicə olunur. Vəziyyətdən asılı olaraq məhkum tibb hissəsinə yerləşdirilir, yaxud müalicə müəssisəsinə göndərilir.
Məhkumlar Tibb Sanitar Hissəsinə daha çox arterial hipertoniya xəstəliyilə – yüksək qan təzyiqilə müraciət edirlər. Burada şəkərli diabet xəstələri də var.
İldə bir dəfə məhkumlardan qan analizi götürülərək Respublika QİÇS-lə Mübarizə Mərkəzinə göndərilir. Baş həkim həmin qan analizlərinin nəticələrinə əsasən deyir ki, 9 saylı CM-də HİV-ə yoluxmuş məhkum yoxdur. Hepatit C-yə yoluxanlar isə var. Onların sayı 2 nəfərdir. Vərəmli xəstə də yoxdur. Lakin az müddət əvvəl İxtisaslaşdırılmış Müalicə Müəssisəsindən vərəmdən müalicə olunaraq sağalmış məhkumlardan bura göndərilənlər var. Belə ki, onlar yalnız tam sağalaraq dispanser qeydiyyatından çıxarıldıqdan sonra 9 saylı CM-ə göndərilib.
Məhkumlardan 6 nəfəri II qrup əlildir.
Məşhur məhkumlar
Məşhurlardan sabiq daxili işlər naziri İsgəndər Həmidov, sabiq müdafiə naziri Rəhim Qazıyev Gəncə şəhər Polis İdarəsinin sabiq rəisi Natiq Əfəndiyev və başqa hüquq-mühafizə orqanlarında, hərbi sistemdə çalışan digər məşhurlar da məhz 9 saylı CM-də cəza çəkib. Orada olarkən xüsusilə Həmidovla İsgəndərovun davranışları barədə soruşdum. Uzun müddətdən bəri 9 saylı CM-də çalışan stajlı işçilərdən biri dedi ki, onlar nümunəvi davranışlarıyla fərqləniblər. Onlar həm də keçirilən bütün rəsmi tədbirlərdə, həmçinin seçkilərdə aktivliklərilə seçiliblər.
Hacı Məmmədovun adamları
Hazırda məşhur Hacı Məmmədovun (Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili) işi üzrə həbs olunan şəxslərin bir neçəsi də 9 saylı CM-də saxlanılır. Onlardan iki nəfərilə görüşüb söhbət də elədim. Biri DİN-in sabiq əməkdaşı M.H. idi. O, danışmağa həvəsli görünməsə də, qısaca söhbət etməyə razı oldu. M.H. Hacı Məmmədovla 1978-ci ildən yoldaşlıq, daha sonra isə dostluq edib. H.Məmmədovun adam oğurluğu kimi cinayət törədəcəyini ağlına da gətirməyib: “Onun atası da, özü də ticarətçi olub. Yəni ki, maddi imkanları yaxşı idi”.
M.Həsənov H.Məmmədova məxsus “Qarabulaq” istirahət mərkəzində də olub.
O, H.Məmmədovun törətdiyi cinayətlərdən xəbərdar olmadığını deyir. Özü isə narkotik və patron saxlamaqda təqsirləndirilib. M.H. 8 il həbs cəzasına məhkum olunub. Həbs cəzasının 5 ili arxada qalıb. Deyir insan yoldaş, dost seçəndə gərək ehtiyatlı olsun: “Mən təkcə dost seçimimə görə peşmanam...”
H.Məmmədovla birgə tutulan digər şəxslə də görüşdüm. H.Məmmədovun DİN-in sabiq əməkdaşı R.A. ümumiyyətlə danışmaq istəmirdi. Elə hey təkrar-təkrar “nə vardısa istintaqda, məhkəmədə demişəm” deyir. O, 15 il həbs cəzası alıb. Həmin cəzanın 5 ilini Qobustan Qapalı tipli Həbsxanasında çəkib. 3 ay əvvəl isə 9 saylı CM-ə gətirilib...
Pərvin ABBASOV
[email protected]
ANONS:
- “Barmağımı kəsib Təhməzə verdim...”
- “Malları AST Telmanın maşınlarıyla daşıyırdıq”
- “Mənimlə birlikdə “Versace”nin vitse-prezidenti də, Rabiyə Kadirin oğlu da “yatırdı”
Quldurluq üstündə xarici ölkə həbsxanalarında 7 il cəza çəkən keçmiş polisin məhbus həyatıyla bağlı yazıda oxuyacaqsınız...

1002