ŞOK! Su basmış evlərdə yaşayanlar var!
Ölkənin fəlakət bölgəsində evləri hələ də su içində olan sakinlərdən bəziləri həmin evlərində yaşamaqdadır. Sabirabad rayonunun Yuxarı Axtaçı kəndinin sakini Aydın Muxtarov Lent.az-a bildirib ki, onun ikimərtəbəli evinin birinci mərtəbəsinin təxminən yarısı suyun içindədir. Buna baxmayaraq o, 10 gündən artıqdır ki, evdə yaşayır. Ailə üzvlərini qonşuluqdakı Kürdəmir rayonunun Axtaçı-Qarabucaq kəndində yerləşdirmiş bu şəxs gündüz vaxtı özünə məxsus kiçik qayıqla kəndin su basmış yerlərini gəzir, qonşu kənddə yaşayan qohumlarından ərzaq alır, yenidən kəndə qayıdır, axşamlar evinin ikinci mərtəbəsinə çıxıb, orada yatır.
A.Muxtarov Yuxarı Axtaçı kəndində təxminən 200 ev olduğunu, lakin kənddə hazırda 20-yə yaxın şəxsin yaşadığını bildirib. Bunlar əsasən ikimərtəbəli evi və qayığı olanlardır.
Yuxarı Axtaçı kəndini Sarısu gölünə vurulmuş bənd dağılarkən sel basıb. Hazırda kənddə iki metrə yaxın hündürlükdə su var.
A.Muxtarovun Lent.az-a təqdim etdiyi görüntülərdə bir itin daşların üstünə çıxdığı da görünür. Hər tərəfi su basdığından, heyvancığaz canını bu cür qurtarmaq istəyib.
Pərvin ABBASOV

Oxşar yazılar

Buı BÜRCLƏRİN təcili tətilə ehtiyacı var
2 iyul 2025 , 00:02
XƏBƏRDARLIQ: Yaxın saatlarda güclü maqnit qasırğası başlayacaq
1 iyul 2025 , 21:52
Oxu.az saytı 12 yaşını qeyd edir - VİDEO - YENİLƏNİB
1 iyul 2025 , 20:31
Niqab, yoxsa “terrorçulara maska?" - QADAĞALARA fərqli münasibət
1 iyul 2025 , 20:15
İsti havada soyuq duş: ölümcül ola bilər
1 iyul 2025 , 19:07
Bu BÜRCLƏR böyük möcüzə ərəfəsindədir: şans tezliklə gələcək
1 iyul 2025 , 18:41
Əti dondurucuda nə qədər saxlamaq olar?
1 iyul 2025 , 18:26