Magistr olmaq istəyənlərin proqram seçimi başlayır
07 iyun 2010 15:45 (UTC +04:00)

Magistr olmaq istəyənlərin proqram seçimi başlayır

Magistraturaya sənəd vermiş və birinci mərhələdən keçmiş bakalavrlar bu gündən etibarən proqram seçiminə başlayır. Bunun üçün bakalavrlar elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib, təsdiq etməlidirlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a bildiriblər ki, bakalavrlar ixtisas seçimini iyunun 12-dək başa çatdırmalıdır. İyunun 19-dək isə bakalavrlar elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.

Xatırladaq ki, imtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə yazılı imtahanla) yoxlanılır. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

İkinci mərhələ üzrə magistraturaya qəbul imtahanı mayın 20-də keçiriləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1215

Oxşar yazılar