21 min 975 şagird imtahan verdi
07 iyun 2010 14:15 (UTC +04:00)

21 min 975 şagird imtahan verdi

Bu gün respublikanın 17 şəhər və rayonunda ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib. Bunlar Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarında yerləşən məktəblərdir.

Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, qərb bölgəsi üzrə keçirilən bu imtahanlarda 21 min 975 şagird 75 imtahan mərkəzində imtahan verib. Sabah isə həmin rayonların ümumtəhsil məktəblərinin IX siniflərində təhsil alan 30 min 160 şagird 75 imtahan mərkəzində imtahan verəcək.

Xatırladaq ki, bu gün həmin şəhər və rayonlar üzrə ötən tədris illərində attestat ala bilməyən 2405 nəfər XI sinif məzunu da 19 imtahan mərkəzində imtahan verib. Bütün imtahanların nəticələri iyunun 16-dan sonra açıqlanacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451

Oxşar yazılar