“Azərbaycan Dəmir Yolları” 130 illik yubileyini qeyd edəcək
12-13 oktyabr 2010-cu ildə Bakı şəhərində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 130 illik yubileyi və “1520 Strateji Tərəfdaşlıq” biznes forumu keçiriləcək.
Lent.az-ın Nəqliyyat Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycanda yük və sərnişin daşımalarını həyata keçirən dəmir yolu nəqliyyatının yaranma tarixi on doqquzuncu əsrin sonlarına təsadüf edir.
1847-ci ildə ilk mexaniki qazma quyuçunun meydana gəlməsi, neftin qazma üsulla çıxarılmasının inkişaf etdirilməsi, ümumiyyətlə neft çıxarmanın inkişafı neft daşınmasının təkmilləşdirilməsi zərurətini yaradıb. Çünki əsas neftçıxarma rayonlarından olan Sabunçu, Suraxanı, Balaxanı nefti primitiv üsulla, 10 minədək ağac çənlərdə və tuluqlarda karvanlarla daşınıb ki, bu da olduqca baha başa gəlirdi və inkişafa ciddi maneələr yaradıb. Neft sahibkarları mədənlərlə neftayırma zavodları arasında dəmir yolunun çəkilməsi haqqında dəfələrlə Nazirlər Komitəsinə müraciətlər etmişdilər. Nəhayət ki, onların təkidli tələbləri öz bəhrəsini verir.
Nazirlər Komitəsinin çar II Aleksandrın iştirakı ilə 1878-ci il iyunun 16-da keçirilən iclasında neft sahəsində dəmir yolunun tikintisi layihəsi təsdiq olunur. 20 kilometr uzunluğunda olan dəmir yolunun çəkilməsi isə “Poti-Tiflis” Dəmir Yolu Cəmiyyətinə həvalə edilir. Cəmiyyət bir il altı ay ərzində xətlərin inşa edilməsini üzərinə götürür. Dəmir yolunun inşası 1879-cu ildə başa çatır. 20 yanvar 1880-ci ildə dəmir yolunun rəsmi açılışı olur. Dünyada ilk dəfə olaraq neft məhz bu yolla sisternalarla daşınmağa başlanır. Məhz həmin gün tarixə Azərbaycanda dəmir yolunun yaranması günü kimi daxil olur.

803