Bakı və Sumqayıtda istifadəyə yararlı çimərliklər - SİYAHI
07 iyun 2010 12:00 (UTC +04:00)

Bakı və Sumqayıtda istifadəyə yararlı çimərliklər - SİYAHI

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərdə yararlı çimərliklərin adlarını açıqlayıb

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi may-iyun aylarında Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə, eləcə də digər çimərlik sahələrində aparılan mikrobioloji təhlillərin nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, modul tipli çirkab su təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə əsasən 2007-ci illə müqayisədə mikrobioloji çirklənmənin qarşısı alınıb.


Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son 2 il ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin miqdarı minimum həddə çatıb. Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında, “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərindəki çimərliklərdə çirklənmə dərəcəsi norma daxilindədir. Lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə - Səbayel rayonun Şıx və Qaradağ rayonun Sahil qəsəbəsinin çimərlik ərazisində ötən il olduğu kimi, bu il də mikrobioloji çirklənmə qeydə alınıb. Böyük həcmdə tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən dənizə axıdıldığına görə qeyd olunan ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıq müəyyən edilib.

Nazirlik Abşeron yarımadasında yerləşən çimərliklərin dəniz suyu üzərində aparılmış laboratoriya təhlillərinin orta göstəricilərini də dəqiqliklə açıqlayıb:

 

Rayonun adı

Çimərlik-lərin adı

Mikrobioloji çirklənmə dərəcəsi, bağırsaq çöpü bakteriyalarının miqdarı (ədəd/litr) Norma göstəricisi  < 5000

 

 

 

2007

2008

2009

2010-cu ilin cari dövrü

1

Sumqayıt

Sumqayıt

12800-310000
çirkli

11500-260000
çirkli

10300-250000 çirkli

9500-180400 çirkli

2

Binəqədi

*Novxanı

14300-25000
çirkli

9800-17000
çirkli

7600-8900
zəif çirkli

normal

3

Sabunçu

*Pirşağı

9600-15600
çirkli

normal

normal

normal

4

Sabunçu

*Nardaran

6400-9900
Zəif çirkli

normal

normal

normal

5

Sabunçu

*Bilgəh

4700-7800
Zəif çirkli

normal

normal

normal

6

Xəzər

*Zaqulba

Normal

normal

normal

normal

7

Xəzər

*Buzovna

6300-12700
çirkli

normal

normal

normal

8

Xəzər

*Mərdəkan

6400-13500
çirkli

normal

normal

normal

9

Xəzər

*Şüvəlan

6400-14100
çirkli

normal

normal

normal

10

Suraxanı

Hövsan

10500-13700
çirkli

15500-13000
çirkli

14300-11000
çirkli

normal

11

Səbail

Şıx

8000-14500
çirkli

7700-14300
çirkli

7200-13500
çirkli

4500-11200
çirkli

12

Qaradağ

Sahil

7500-11500
çirkli

7600-11400
çirkli

7500-10500
çirkli

3000-13800
çirkli



Qeyd: < 5000 – normal, 5000-10000 – zəif çirkli, >10000 – çirkli
* - lokal modul tipli təmizləyici qurğuların mövcud olduğu yerlər


İ. İbrahimova deyib ki, Sumqayıt və Sahil qəsəbəsinin “Sahil”, “Şıx” çimərliklərindən başqa modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağındakı çimərlik sahələri yay mövsümündə çimərlik kimi istifadəyə yararlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 520

Oxşar yazılar