Subasma zonasında sanitar durum
Səhiyyə Nazirliyi subasma zonasındakı vəziyyətlə bağlı məlumat yayıb
Kür çayının daşması ilə əlaqədar sel basmış yaşayış məntəqələrindən 4000 nəfərə yaxın insan müvəqqəti yaşayış yerlərində məskunlaşıb. Hazırda respublikanın 9 rayonunda 16 tibb məntəqəsi və 20-dən çox səyyar tibb briqadaları fəaliyyət göstərir.
Səhiyyə Nazirliyindən Lent.az-a bildiriblər ki, bu günədək həmin məntəqələrə müvafiq somatik xəstəliklərlə əlaqədar 50 mindən çox müraciətlər olub və onlara lazımı tibbi yardım göstərilib. Bu müddət ərzində ərazidə infeksion xəstəliklər qeydə alınmayıb. Hazırda əhalinin kütləvi məskunlaşdığı yerlərdə əksepidemik rejimə ciddi əməl olunur, ərazilərdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılıb.
Nazirlikdə bildirirlər ki, su basmış ərazilər qurudulduqdan sonra bu tədbirlərin geniş miqyasda aparılması nəzərdə tutulur. Təbii fəlakətin ilk günlərindən bu günə kimi stasionar şəraitində 50-dən çox uşaq doğulub. Dünyaya gəlmiş uşaqların, eləcə də anaların sağlamlığı daima həkim nəzarətindədir. Zahı qadınların bəziləri dərman, geyim, birdəfəlik bezlər, yeni doğulmuşlar üçün geyim və yataq dəstləri, xüsusi uşaq yeməkləri, həmçinin uşaq arabaları ilə təmin olunaraq evə buraxılıb.
Sel basmış ərazilərdən Şirvan şəhərində 1600 nəfər müvəqqəti yaşayış yerlərində məskunlaşdırılıb. Bunlardan 1221 nəfəri çadır şəhərciyində, 229 nəfəri texnikum binasında, 130 nəfəri isə peşə liseyi binasında yerləşdirilib. Şirvan Mərkəzi Rayon Xəstəxanasında 24 doğuş olub. Hazırda 44 nəfər xəstə həmin tibb müəssisəsində stasionar müalicədədir. Kəskin appendesit diaqnozu ilə 3 nəfər cərrahi əməliyyat olunub.
Sabirabad rayonunun sel basmış kəndlərindən isə 1769 nəfər müvəqqəti yaşayış yerlərində məskunlaşdırılıb. Onlardan 129 nəfəri Moranlı çadır şəhərciyində, digərləri rayon mərkəzindəki 5 orta məktəbdə yerləşdirilib.
Elxan SALAHOV

468