Abituriyentlərin yarısı sınaq imtahanından keçib
04 iyun 2010 14:30 (UTC +04:00)

Abituriyentlərin yarısı sınaq imtahanından keçib

Bu il bütün regionlar üzrə keçirilən sınaq imtahanlarında 75 min abituriyent iştirak edib

“Ali məktəblərə və tam orta təhsil bazasından texnikumlara sənəd verən abituriyentlərin cəmi 50 faizi sınaq imtahanların iştirak edib”

Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, bu il ümumilikdə 19 minədək abituriyent sənəd qəbulu kampaniyasına qatılıb. Amma sınaq imtahanlarında iştirak edənlərin sayı 75 min nəfər olub.

TQDK sədri deyib ki, sınaq imtahanlarının nəticələrinə əsasən, rus bölməsinin abituriyentləri Azərbaycan bölməsi ilə müqayisədə daha zəif nəticə göstəriblər. Belə ki, bu imtahanlarda rus bölməsi abituriyentlərinin topladığı orta bal Azərbaycan bölməsinə nisbətən aşağı olub. Sınaq imtahanlarında II ixtisas qrupu üzrə Azərbaycan bölməsinin orta balı 279 olduğu halda, rus bölməsinin 254, III qrupda Azərbaycan bölməsinin orta balı 321, rus bölməsinin 259, IV qrupda Azərbaycan bölməsinin orta balı 333, rus bölməsinin isə 255 olub.

TQDK sədri sonuncu sınaq imtahanlarının iyunun 6-da keçiriləcəyini söyləyib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 360

Oxşar yazılar