İdmançılar digər xüsusi qabiliyyətlilərdən daha fəaldır
04 iyun 2010 14:15 (UTC +04:00)

İdmançılar digər xüsusi qabiliyyətlilərdən daha fəaldır

Qabiliyyət imtahanı vermək üçün qeydiyyatdan keçənlərin 50 faizdən çoxu idman ixtisaslarını seçən abituriyentlərdir

Qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanlarda iştirak edəcək abituriyentlərin 12 min 464-ü artıq qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş həmin abituriyentlərin böyük əksəriyyəti idman ixtisaslarını seçənlərdir.

Lent.az-ın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq üçün qeydiyyatdan keçənlərin 50 faizdən çoxu təkcə idman və bədən tərbiyəsi ixtisaslarının payına düşür. İncəsənət ixtisaslarını seçmiş abituriyentlər arasında qeydiyyatdan keçənlərin sayı isə daha azdır.

TQDK sədri bildirib ki, indiyədək rejissor olmaq istəyənlərin cəmi 431 nəfəri, aktyorluq ixtisaslarını seçənlərin isə 280 nəfəri qeydiyyatdan keçib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474

Oxşar yazılar