2731 abituriyent tələbə olmaq istəməyib
Onlar ali və orta ixtisas məktəblərinə sənəd versələr də ərizələrini təsdiqləməyiblər
2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş 2731 abituriyent elektron ərizələrini təsdiqləməyib.
Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu il 115855 abituriyent ali məktəblərə daxil olmaq üçün elektron ərizəsini təsdiq etdirib. İxtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayına görə birinci yerdə 37153 nəfərlə I ixtisas qrupu qərarlaşıb.
TQDK sədri deyib ki, sel və daşqınlar subasma zonasına aid rayonlardan olan abituriyentlərin ali məktəblərə sənəd qəbulunda iştirakına ciddi təsir göstərməyib. Onun sözlərinə görə, həmin rayonlardan elektron ərizələrini təsdiqləmiş abituriyentlərin sayı əvvəlki illərdən o qədər də fərqlənmir. Bununla belə, Sabirabad və subasma zonasına aid digər rayonlardan olan abituriyentlərin bir neçəsi sənəd qəbulunda iştirak etsə də ərizələrini təsdiqləməyib. Ancaq TQDK həmin abituriyentlərə ərizələrini təsdiqlətdirmək üçün şans verib: “Sabirabad rayonundan 3 belə abituriyentə sənədlərini təsdiqlətdirmək imkanı yaradılıb. Yaxın günlərdə həmin rayonlardan müraciət daxil olarsa, onlar üçün də imkan yaradılacaq. Amma bu günə hələ ki, belə bir müraciət yoxdur”.
Elxan SALAHOV

Oxşar yazılar

Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03