İsti hava şəraiti davam edəcək
Bakı və Abşeron yarımadasında sentyabrın 1-də hava günəşli olacaq. Cənub-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 32-36, axşam 25-28, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.
Sentyabrın 2-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 20-24, gündüz 32-35, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.
Sentyabrın 3-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal-qərb, şimal küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Gecə 20-23, gündüz 30-33 dərəcə isti olacaq.
Sentyabrın 4-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 21-24, gündüz 30-33 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 2-də hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 19-23, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 24-28 dərəcə isti olacaq.
Sentyabrın 3 və 4-də hava, əsasən yağmursuz keçəcək. Lakin sentyabrın 3-də gecə və axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli lokal yağış yağacağı ehtimal olunur. Qərb, şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək, sentyabrın 4-də gündüz şərq küləyi əsəcək. Gecə 18-23, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 23-27 dərəcə isti olacaq.

684