“Azərbaycan jurnalistlərinin peşə davranışları qaydaları” müzakirə olunub - FOTO
Lent.az-ın məlumatına görə, Dəyirmi Masada “Azərbaycan jurnalistlərinin peşə davranışları qaydaları” müzakirə olunub.
Dəyirmi Masa bu qəbildən keçirilən ikinci tədbirdir. Dəyirmi Masada “Azərbaycan jurnalistlərinin peşə davranışları qaydaları”nın son variantı müəyyən olunub. Bura əsas 4 prinsip - həqiqətə xidmət, dəqiqlik və obyektivlik, informasiya qaynaqlarına sayğılı yanaşma, şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı və jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması daxildir.
Mətbuat Şurasının sədri Əflatın Amaşov deyib ki, qanunla müəyyən olunmuş qaydalar istisna ilə, şəxsi və ailə həyatına heç cür müdaxilə olunmamalıdır. O, bu prinsipə xüsusi diqqət ayrılmasını istəyib. Olaylar İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz həmin bəndin Konstitusiyaya uyğunlaşdırılmasını təklif edib. Amma digər tədbir iştirakçıları bildiriblər ki, Konstitusiya başqa məsələdir, Mətbuat Şurasının müəyyənləşdirdiyi prinsiplər məcburi də deyil, ictimaiyyət üçün maraq kəsb etdiyi hallarda jurnalist şəxsin həyatını izləyə bilər.
ATƏT-in Bakı Ofisinin demokratikləşmə şöbəsinin rəhbəri Jaklin Karpenter çıxışında qeyd edib ki, Mətbuat Şurası ATƏT-in tövsiyələrini Azərbaycan reallığında uyğun olaraq bu sənəddə əks etdirir və bu, müsbət haldır: “Azərbaycanda bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün Mətbuat Şurası ilə birgə işləyirik. Ümid edirik ki, vəziyyət gələcəkdə daha da yaxşılaşacaq”.
Vüqar Baba

628