Akkreditasiya sisteminin təməli qoyuldu
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi akkreditasiya sisteminin Avropa standartları əsasında inkişaf etdirilməsi üçün yeni Dövlət standartlarını qəbul edib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təsdiq olunmuş yeni standartlar AZS 11.1.001-2010 “Azərbaycan Respublikasının Akkreditasiya Sistemi. Əsas müddəalar”, AZS 11.1.003-2010 “Azərbaycan Respublikasının Akkreditasiya Sistemi. Reyest” adlanır.
AZS 11.1.001-2010 “Azərbaycan Respublikasının Akkreditasiya Sistemi. Ümumi müddəalar” standartı sertifikatlaşdırma üzrə orqanların, sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiyası və keyfiyyətin, ətraf mühitin və digər idarəetmə sistemlərinin tətbiqi ilə bağlı hüquqi və fiziki şəxslərin konsaltinq və sertifikatlaşdırma fəaliyyətinin razılaşdırılması işlərinin təşkili və aparılmasının əsas müddəalarını müəyyən edən Azərbaycan Respublikasının Akkreditasiya Sisteminin təməl standartıdır. Standart Azərbaycan Respublikasının Akkreditasiya Sisteminin fəaliyyətində iştirak edən fiziki və hüquqi şəxslər üçün məcburidir.
AZS 11.1.003-2010 “Azərbaycan Respublikasının Akkreditasiya Sistemi. Reyest” standartı Azərbaycan Respublikasının AZƏRİAK Akkreditasiya Sisteminin Reyestrinin strukturuna, tərkibinə və onun aparma qaydalarına ümumi tələbləri müəyyən edir. Bu standartın müddəaları Azərbaycan Respublikasının Akkreditasiya Sisteminin fəaliyyətində iştirak edən fiziki və hüquqi şəxslər üçün məcburidir.

1313