Qənimət Zahidə 800, Mahal İsmayıloğluna 300, Emin Milli və Eynulla Fətullayevin ailəsinə 400 manat verilib
02 iyun 2010 13:00 (UTC +04:00)

Qənimət Zahidə 800, Mahal İsmayıloğluna 300, Emin Milli və Eynulla Fətullayevin ailəsinə 400 manat verilib

“Söz azadlığı və jurnalistlərin müdafiəsinə yardım fondu” jurnalistlərə maliyyə yardımı edib

Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə fəaliyyət göstərən “Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu” İdarə Heyətinin ötən gün növbəti iclası keçirilib.

Fonddan Lent.az-a verilən məlumata görə, Fondun İdarə Heyətinin iclasında ötən müddət ərzində daxil olan 6 müraciətə baxılıb.

Müraciətlərin hamısı təmin edilib və bütövlükdə 2500 AZN həcmində maliyyə yardımı ayrılması barədə qərar qəbul olunub.

Fondun Əsasnaməsinin “məhkəmə prosesinə cəlb edilən jurnalistin müdafiəsinə yardım edilməsi” bəndinə görə “Ölkə” qəzetinin redaksiyasına 300 manat, “həbs edilən jurnalistin ailə üzvünə və ya rəsmi nümayəndəsinə yardım edilməsi” bəndinə görə bloger Emin Milli -Abdullayevin ailəsinə (anası Natella Abdullayevanın müraciəti əsasında ) 400 manat, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin ailəsinə (atası Emin Fətullayevin müraciəti əsasında) 400 manat, “peşə borcunu yerinə yetirərkən xəsarət alan jurnalistin müalicəsinə yardım edilməsi” bəndinə görə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə müalicəsini xaricdə davam etdirməsi üçün 800 manat, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bölgə müxbiri Həkimeldostu Mehdiyevə 300 manat, müstəqil jurnalist Mahal İsmayıloğluna 300 manat məbləğində maliyyə yardımı edilib.

Qeyd edək ki, Fondun təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi, “Azərbaycan Jurnalistlər Birliyi”, “Nəcəf Nəcəfov Fondu” və Azərbaycan Demokratik Jurnalistlər Liqasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 963

Oxşar yazılar