AİB seldən zərər çəkənlərə kömək edəcək
Azad İstehlakçılar Birliyi (AİB) “Bələdiyyələrin sosial sahədə və əhalinin ekoloji hüquqlarına dair imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində Sabirabad, Salyan, Saatlı, Hacıqabul və Neftçala rayonlarının 33 kənd bələdiyyəsinə texniki yardım göstərərək “bələdiyyənin sosial inkişaf planı”nı hazırlayıb. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və icrasına 2009-cu ilin əvvəlində başlanmış layihə çərçivəsində “məlumat bazası” da yaradılıb.
AİB-dən Lent.az-a bildiriblər ki, layihənin reallaşdığı Muğan regionunun kəndləri əsasən, Kür çayının kənarında yerləşdiyi üçün aprel ayından başlayaraq baş verən su daşqınları əhalinin yeni tələbatını - Kür çayının daşqınlarının qarşısının alınması prosesini meydana çıxarıb. Buna görə də bələdiyyələrin sosial-iqtisadi inkişaf planlarına Kür çayının bəndlərinin möhkəmləndirilməsi, əhalinin təsərrüfatının daşqınlardan qorunması məsələləri də əlavə edilib.
Tərəfdaş kimi maliyyələşmədə iştirak edən Counterpart International (CI) təşkilatı layihənin əhatə etdiyi və daşqınlardan zərər çəkmiş kənd əhalisinə birbaşa kömək göstərmək üçün AİB-lə əməkdaşlığı davam etdirmək niyyətindədir. Counterpart International (CI) təşkilatı böyük əhali qrupunun yararlana biləcəyi лайищяляря - tibb məntəqəsinin tikilməsi, transformatorlar alınması və digər bu kimi işlərin görülməsinə dəstək vermək istəyir.
Hazırda bu məqsədlərə nail olmaq üçün AİB subasmadan zərər çəkmiş kəndlərdə lazımi işlər aparır.
Elxan SALAHOV

409