Təhsil Nazirliyi nümayəndələrini bölgələrə göndərir
01 iyun 2010 14:15 (UTC +04:00)

Təhsil Nazirliyi nümayəndələrini bölgələrə göndərir

Buraxılış imtahanlarına rəhbərlik edəcək 200-dən çox müəllim təlimatlandırılıb

İyunun 3-dən etibarən ölkəmizin ümumtəhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanları başlayır. Əvvəlki illərlə müqayisədə bu il buraxılış imtahanlarına hazırlıq səviyyəsi daha yüksəkdir.

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, bu gün Təhsil Nazirliyində ümumtəhsil məktəblərində buraxılış imtahanlarına hazırlıqla sonuncu iclas keçirilib. İclasda bölgələrə ezam olunacaq 200-dən çox imtahan rəhbəri iştirak edib. Sabah həmin imtahan rəhbərləri müvafiq sənəd və təlimatlarla birlikdə bölgələrə yollanacaq.

Misir Mərdanov qeyd edib ki, əvvəlki illərdə olduğu kimi XI sinif şagirdləri 8, IX sinif şagirdləri isə üzrə 2 fənn üzrə imtahan verəcəklər. Onun sözlərinə görə, hazırkı dərs ilində ümumtəhsil məktəbləri və peşə liseylərini 90134 nəfər orta təhsil, 127796 şagird isə əsas təhsil səviyyəsi üzrə yoxlama imtahanları verib. Yoxlama imtahanlarının cari ilin fevral, mart və aprel aylarında 4 bölgə üzrə 294 imtahan mərkəzində keçirildiyini bildirən nazir əlavə edib ki, aprelin 25-də ölkəmizdəki peşə liseylərinin 4437 nəfər şagirdi buraxılış imtahanları verib.

Nazir bildirib ki, bu il buraxılış imtahanları 4 bölgədə keçiriləcək. İmtahanların yekun nəticələri isə iyunun 16-dan sonra məlumat veriləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533

Oxşar yazılar