Sabah subasma zonasında müşavirə keçiriləcək
01 iyun 2010 14:00 (UTC +04:00)

Sabah subasma zonasında müşavirə keçiriləcək

Təhsil Nazirliyinin Şirvanda keçirəcəyi müşavirədə bölgədə buraxılış imtahanları barədə yekun qərar veriləcək

Sabah Şirvan şəhərində 8 rayonun təhsil şöbələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçiriləcək. Subasma zonasına aid məktəblərdə buraxılış imtahanlarının keçirilməsinə dair yekun qərar da elə həmin müşavirədə qəbul olunacaq.

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. Müşavirədə təhsil naziri özü də iştirak edəcək. Onun sözlərinə görə, icra hakimiyyəti orqanlarının, təhsil şöbələrinin müdirlərinin, yerli təhsil işçilərinin və valideynlərin təklifləri əsasında yekun qərar çıxarılacaq. Həmin qərar isə elə oradaca ictimaiyyətə elan ediləcək.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555

Oxşar yazılar