9-cu sinifdən texnikumlara qəbul imtahanının nəticəsi açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-cu il avqustun 29-da cari tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirib.
Lent.az-ın TQDK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında ayrılmış 9576 plan yerinə 30675 abituriyent sənəd verib, onlardan 30261 nəfəri imtahanda iştirak edib.
Nəticələr avqustun 31-də saat 16:15-dən etibarən TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib. Abituriyentlərdən 40 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə, imtahandan xaric olunub və nəticələri ləğv olunub.
Cavab kartlarının emalı zamanı xüsusi kompüter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 28 nəfərin köçürməyə yol verdikləri aşkar edilib, qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunub.
Abituriyentlərdən 8515 nəfəri orta ixtisas təhsili müəssisələrinə qəbul olublar.
Qəbul olanlar sentyabrın 2-dən 13-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

1225