Nəhəng qoruğun ərazisi 823 hektar azaldıldı
Baş nazir Artur Rasizadə "Rvarud Dövlət Təbiət Yasaqlığı"nın yaradılması haqqında" Nazirlər Kabinetinin 2009-cu il 2 oktyabr tarixli 162 nömrəli qərarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, dəyişikliyə əsasən, Rvarud Dövlət Təbiət Yasaqlığının sahəsi 823 hektar azaldılıb.
Qərar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Lerik Rayon İcra Hakimiyyətinin razılaşdırılmış təkliflərini nəzərə alınmaqla imzalanıb.
Qərara əsasən, Rvarud Dövlət Təbiət Yasaqlığı yalnız Rvaurd kəndinin ərazisində yerləşən 510 hektarlıq ərazidə yerləşəcək.
Buna qədər isə Rvarud Dövlət Təbiət Yasaqlığı Rvaurd kəndinin ərazisində yerləşən torpaqdan 510 hektar, Anzolu kəndinin ərazisində yerləşən torpağından 315 hektar, habelə Veri bələdiyyəsinin mülkiyyətində olan və Veri kəndinin ərazisində yerləşən torpağından 508 hektar olmaqla, cəmi 1333 hektar idi.
Pərvin ABBASOV

497