İnsan alveri qurbanlarına 200 manat ödəniləcək
İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə 200 manat ödəniləcək.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Nazirlər Kabinetinin "İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi barədə" qərarına edilən əlavə və dəyişikliklərdə əksini tapıb.
Qərarda qeyd olunur ki, "şərti maliyyə vahidinin 30 misli" sözləri "200 manat" sözləri ilə əvəz edilsin. Bununla bağlı maliyyələşdirmə Daxili İşlər Nazirliyi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

470